Gəlindən qayınatasının ayağını öpməsini istədi (Video)
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışları ilə çaşqınlıq yaşadığını nümayiş etdirib.
Həmin anda qayınata vəziyyəti yumşaldaraq bu adətin həyata keçirilməsinə ehtiyac olmadığını bildirib. O, gəlininə "ehtiyac yoxdur" deyərək onu qucaqlayıb.
Gəlin də qayınatasının bu münasibətinə görə ona təşəkkür edib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında tənqidli fikirlərin bildirilməsinə və geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:90
Bu xəbər 30 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















