Icma.az
close
up
RU
Gəlinlə qaynana mübahisəsi olan evdə boşanmaq əvəzinə ailədən ayrı yaşamaq doğru seçim olar

Gəlinlə qaynana mübahisəsi olan evdə boşanmaq əvəzinə ailədən ayrı yaşamaq doğru seçim olar

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Eurostatın məlumatlarına görə, Cənubi və Şərqi Avropa ölkələrində gənclər valideynləri ilə daha uzun müddət qalmağa meyllidirlər.

Avropa İttifaqının (Aİ) Statistika İdarəsi Eurostat-ın hesablamalarına görə, Aİ-də yetkin insanlar valideynlərinin evini orta hesabla 26 yaşında tərk edirlər. Ancaq bu yaş ölkələrə görə əhəmiyyətli dərəcədə dəyişir.

Finlandiya, İsveç və Danimarkada gənclər adətən 21 yaşında evi tərk edirlər. Əksinə, Xorvatiya, Slovakiya, Yunanıstan, İspaniya, Bolqarıstan və İtaliyada bu, adətən, ən azı 30 yaşa qədər baş vermir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, hazırda valideynləri ilə birlikdə yaşayan gənc yetkinlərin ümumi sayı baxımından Cənubi Avropa ölkələrində göstəricilər yüksək görünür.

Azərbaycanda övladlar əksər hallarda valideynləri ilə yaşayır, hətta ailə qurandan sonra belə valideyn evini tərk etmirlər. Mütəxəssislərə görə, bu da bizim mentalitetdən irəli gəlir.

Sosioloq Mail Yaqub Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xoşbəxtlikdən Azərbaycanda uşaqlar 18 yaşından sonra nadir hallarda ayrı evə çıxır. Valideynlərin övladları ilə birlikdə yaşaması çox vacib sayılır.

Mail Yaqub

Mail Yaqub hesab edir ki, uşaqlar ən azından ailə həyatı qurana qədər valideynləri ilə yaşamalıdırlar.

“Bunu bizim mədəniyyətimiz də diqtə edir. Eyni zamanda bizim milli-mənəvi əxlqımız da bu istiqamətə köklənib. Azərbaycanda həm valideynlər övladının xidmətində olmalıdır, həm də övladlar valideynlərin xidmətində olmalıdır. Bizim dinimiz, müqəddəs kitabımız da övladların valideynə xidmətçi olmasına təkid edir. Hətta bunu bir neçə ayədə yüksək səviyyədə dəyərləndirir. Amma, burada başqa bir məqam da var”-deyən Mail Yaqub bildirib ki, bəzi ailələrdə ailə qurandan sonra gəlinlə qaynana arasında problem yaranır.

Gəlinlə qaynana arasında mübahisə olan zaman nə etməli?

Sosioloq qeyd edib ki, əgər imkan varsa, oğul övladı ailəsi ilə ayrı yaşamağa çalışmalıdır. Çünki bəzi hallarda bu problemə görə, ailə dağılır. Bu da yolverilməzdir.

“Heç bir qanunda yazılmayıb ki, gəlin qaynana ilə yaşasın. Əgər yola getmirlərsə, hansısa səbəbdən gəlin-qaynana yola getmirsə, burada ailənin dağılması çıxış yolu olmamalıdır. Çıxış yolu kimi onların valideynlərdən kənarda yaşaması seçilməli və təmin edilməlidir. Bu qərar çətin olsa da, ailənin dağılmasından daha yaxşıdır. Ailənin dağılması, sözün əsl mənasında faciədir. Burada ən optimal yolu seçmək lazımdır. Əgər valideynlərlə mübahisə və ya problem yoxdursa, bir evdə yaşamaq daha yaxşıdır”-deyə Mail Yaqub əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri