Gəmidə aşpaz kimi işə düzəltmək adı ilə 7 min manat aldı HÖKM
Icma.az, Pravd.az-ə istinadən məlumat verir Gəmidə aşpaz kimi işə düzəltmək adı ilə 7 min manat aldı HÖKM.
Şabran Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Dilqəm Sabitovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Dilqəm Sabitov həmkəndlisi, zərərçəkmiş Malik Qafarlının (şərti) oğlunu Xəzər Dəniz Gəmiçiliyində gəmiyə aşpaz kimi işə düzəltməyə vəd edib. O, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə ondan 2022-ci illərdə müxtəlif vaxtlarda Şabran rayonu Ağalıq kəndində ümumilikdə 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Hazırda Dilqəm Sabitov zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyib, məhkəmədə Malik Qafarlıondan şikayət etmədiyini söyləyib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)