Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Nikolun Mehriyə gəlişinin sirri: Bakının “dəhliz və su” tələbi…

Nikolun Mehriyə gəlişinin sirri: Bakının “dəhliz və su” tələbi…

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nikol Paşinyanın həftəsonu Mehriyə səfəri Ermənistanda “Zəngəzur dəhlizi açılır” müzakirələrinə səbəb olub. Bu müzakirələri kəskinləşdirən amillərdən biri də Mehridə dəmir yolunun tikintisi və erməni baş nazirin bu haqda dedikləridir.

Axar.az Publika.az-a istiandən xəbər verir ki, Paşinyan Mehridə iki məsələ üzərində xüsusilə dayanıb.

- Su itkisinin qarşısını almaq, resursları qorumaq;

- Dəmir yolunun tikintisini həyata keçirmək;

Paşinyan bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər gətirməyəcək.

“Bu, bizə milyardlarla gəlir gətirəcək, eyni zamanda, təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik verəcək. Yükdaşıma baxımından bizə böyük fayda verəcək”, - o deyib.

İki hətə öncə Ermənistan hökumətinin iclasında bəyan edildi ki, Mehrinin Nrnadzor kəndi ərazisində dəmiryolu xəttinin yenidən inşa edilməsi nəzərdə tutulur. Paşinyan da bildirib ki, “sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsi üçün zəruri hazırlıqlar görülür.

Erməni baş nazirin gündəmə gətirdiyi qondarma “sülhün kəsişməsi” layihəsi Zəngəzur dəhlizinə qarşı alternativ kimi irəli sürülür. Bu layihə rəsmi Bakı tərəfindən rədd edilib və Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanılıb. Bu o deməkdir ki, Azərbaycan razılıq verməyəcəyi təqdirdə, Paşinyanın “sülhün kəsişməsi” layihəsi kağız üzərində qalacaq.

Mehridə yaşayan ermənilər isə Paşinyandan dəmir yolu yox, su istəyiblər. Bildiriblər ki, milyonlar qazanmaq üçün ilk növbədə su qıtlığı həll edilməlidir. Paşinyan da öz növbəsində su qıtlığının aradan qaldırılması, çayların çirkləndirilməsinin qarşısının alınması və resursların qorunmasından bəhs edib.

Ermənistanda hesab edirlər ki, Paşinyanın Mehri səfəri Azərbaycan Prezidenti İlham Əliyevin həm Zəngəzur dəhlizi, həm də su ehtiyatları ilə bağlı tələblərini icra etməyə hesablanıb. Eməni ekspertlər qeyd edirlər ki, Mehridə inşa ediləcək dəmiryolu layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər.

“Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan isə iddia edir ki, Paşinyanın Mehridə su ehtiyatları ilə bağlı açıqlamaları təsadüfi deyil, çoxları bunun əsl mənasını anlamır.

“Paşinyanın sözlərinin mərkəzində mühüm məsələ dayanır. Bu, Əliyevin Ermənistandan növbəti tələbidir. Tələbin mahiyyəti belədir: Ermənistandan axan çaylar, hövzələrindən gələn sular Azərbaycana gedir və rəsmi Bakı tələb edir ki, İrəvan su resurslarının qorunması və axınını təmin etməyə borcludur. Əliyev bəyan edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün Ermənistanla danışıqlara hazırlaşırlar. O da təsadüfi deyildi ki, Paşinyan Tavuş vilayətində adi velotur zamanı avtoyuma məntəqələrindən bəzi təhlükəli maddələrin Ağstev çayına atıldığını aşkarladı, bununla bağlı canlı yayım açdı və həmin məntəqələrin bağlanması göstərişini verdi. Məlumatım var ki, Bakının suvarma sularından səmərəli istifadə etməklə bağlı tələbi var. Azərbaycana axan sular çirkləndirilməməlidir”, - erməni deputat iddia edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri