Icma.az
close
up
RU
“Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir AZƏRTAC

“Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclər və İdman Naziriyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 4 regionda 100-dən çox gənci əhatə edəcək layihə çərçivəsində artıq İsmayıllı və Qəbələ şəhərlərində gənclər üçün təlim proqramları uğurla başa çatıb. Şəki şəhərində təşkil edilən 4 günlük təlim proqramında iştirakçılara “tur və düşərgələrin planlanması”, “ekstrimal vəziyyətlərin idarə edilməsi”, “ekoturlar üçün marketinq strategiyaları və multimedia hesablarından məqsədyönlü istifadə”, “maliyyə menecmenti”, “özünəməşğulluq” və digər mövzularda təlimlər keçirilir.

Təlimlərlə yanaşı, iştirakçıların Dövlət Turizm və Dövlət Məşğulluq agentliklərinin nümayəndələri ilə görüşləri təşkil olunur, regionlarda məşğulluq və turizm potensialları, fürsətlər, proqramlar barədə infosessiyalar keçirilir.

Layihənin koordinatoru Nigar Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, turizm və bələdçilik sahələri istiqamətində gənclərin fərdi inkişafına yönəlmiş layihənin əsas məqsədi yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşdırılmasıdır. “Gənc bələdçi” layihəsi gənc iştirakçıların bilik və bacarıqlarının artırılmasını, gənclərdə təkmilləşdirilmiş turizm təcrübələrilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəfləyir.

Növbəti təlimlərin Lənkəran şəhərində həyata keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri