Gənc İlham Əliyev 36 il əvvəl blokadada olan Naxçıvanda
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan prezidenti, mərhum Heydər Əliyev 1990-cı ildə Moskvadan vətənə qayıtıdıqdan sonra siyasi təqib üzündən Naxçıvana üz tutmağa məcbur qalmışdı.
Naxçıvanda 3 il yaşayan Heydər Əliyev buradan ölkənin ictimai-siyasi həyatında fəal iştirakçısı idi. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilən H.Əliyev daha sonra Naxçıvan Ali Məclisinin sədri oldu.
Naxçıvanda yaşadığı dönəmdə ailə üzvləri də H. Əliyevi ziyarət edirdilər. Oğlu İlham Əliyev Moskvada yaşasa da Naxçıvana tez-tez gəlirdi.
Azpost.info “FOTOXRONİKA” layihəsi çərçivəsində bu fotonu təqdim edir:
Foto 29 yaşlı İlham Əliyev Naxçıvanda olarkən Şərur rayonunda çəkilib.
İlham Əliyevlə fotoda söhbət edən şəxs Şərur rayon polis şöbəsinin o zamankı rəisi Allahverdi Həsənovdur.
Sağda isə Şərur Rayon Partiya Komitəsinin Birinci katibi Məmməd Abbasovdur.
Naxçıvanda erməni hucumlarına qarşı müdafiənin təşkilində mühüm rol oynamş şəxslərdən olan A.Həsənov həmçinin Ali Məclisin deputatı olub. 2007-ci ildən təqaüdə çıxıb.
A.Həsənov 2026-cı ilin yanvarında 75 yaşında vəfat edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















