Icma.az
close
up
RU
Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu TƏFƏRRÜAT

Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Məhərrəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mayaya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkotik istifadəçisi olub, evdəkiləri incidib, bəzən pəncərənin şüşələrini sındırıb: “Hadisə günü evdə olan zaman narkotik vasitə qəbul etdiyimdən anam söyüş söydü. Mən də əsəbləşdiyimdən söyüş söydüm və şüşəni vuraraq sındırdım. Lakin anamı vurmamışam. Əvvəllər anamı döymüşəm. Bunu etiraf etmişəm”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Maya doğma anasıdır, o, heç yerdə işləmədiyi və mütəmadi olaraq dostları ilə olduğu üçün evə gec vaxtlar gəldiyinə görə anası onu danlayır, bu səbəbdəndə aralarında mübahisə yaranır: “Hadisə günü saat 13 radələrində yaşadığımız evdə atam ilə söhbət edən zaman aramızda söz mübahisəmiz yarandı. Anam Maya mübahisəyə müdaxilə edərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən də onu sakitləşib öz işi ilə məşğul olmasını dedim. Anam isə sakitləşmədi, məni kobud şəkildə danladı. Ünvanıma nalayiq ifadə işlətdikdə anama yaxınlaşdım, əl zərbəsi ilə başının sağ yan nahiyyəsindən vurdum. Həmin zaman atam mübahisəyə müdaxilə edərək bizi ayırdı. Bundan sonra anam qaçaraq evdən çıxdı”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhərrəm 5 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri