Icma.az
close
up
RU
Bakıda evlənmək istəyən oğul anasına xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda evlənmək istəyən oğul anasına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Vəfadar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Ələt qəsəbəsində baş verib. Vəfadar aralarında yaranmış şəxsi mübahisə zamanı anası Südabənin sol göz nahiyəsinə yumruqla və baş nahiyyəsinə qənd qabı ilə vurub. 
Hadisəni törədən Vəfadarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Südabə onun heç bir yerdə işləməməsinə mütəmadi səkildə irad bildirdiyi üçün onunla münasibətləri pisləşib: “Hadisə günü, saat 6 radələrində yaşadığımız evdə olarkən anamın evdə olmamasını gördüm və ona zəng vuraraq harada olmasını soruşdum. Bir neçə dəqiqədən sonra anam evə gələndə ondan haradan gəldiyini soruşdum. Anam mənimlə kobud danışaraq nalayiq ifadələrlə söyüb təhqir etdi. Mən də əsəbləşdim və bir dəfə yumruqla anamın sol göz nahiyəsinə, daha sonra isə masanın üzərində olan qənd qabını başına vurdum”.
İş üzrə ifadə verən Südabənin sözlərinə görə, oğlu Vəfadarla əvvəllər münasibəti yaxşı olsa da, sonralar münasibətləri pisləşib: “Bunun səbəbi isə təxminən bir ay əvvəl Vəfadar mənə ailə qurmaq istədiyini bildirəndə, ona heç bir yerdə işləmədiyini bildirdiyimi, ailə qurmasına narazılıq etməm olub. Bundan sonra Vəfadar heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başlayıb”. 
Zərərçəkmiş qeyd edib ki, iyunun 30-da, saat 6 radələrində yaşadıqları evin qonaq otağında olan zaman Vəfadar evə gəlib və onunla mübahisə etməyə başlayıb: “Mən öncə Vəfadara əhəmiyyət vermədim. Bundan sonra səsinin tonunu qaldıraraq məni əxlaqsızlıqda və spirtli içki içməkdə günahlandırdı. Mən də Vəfadarın dediklərinə dözmədim, mənə şər atdığı üçün utanmasını dedim. Bu zaman Vəfadar əvvəlcə yumruqla sol gözümdən, daha sonra isə masanın üzərində olan qəndqabı ilə başımdan vurdu. Hadisə 1-2 dəqiqə davam etdi və hadisənin şahidi olmayıb. Hazırda oğlumla barışmışam, ona qarşı hər hansı şikayətim yoxdur”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Vəfadar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub. 
Bundan başqa, ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək öhdəliyi üzərinə qoyulub. Həmçinin cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri ona tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri