Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? VİDEO
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş hərbi xidmət zamanı xəstəliyinin aşkarlandığını və bunun hazırda iş tapmasına mane olduğunu iddia edir.
"Yeni Sabah" xəbər verir ki, şikayətçi Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmətə sağlam vəziyyətdə başladığını iddia edir.
Xidmət müddətində bir neçə dəfə tibbi müayinədən keçsə də, həmin yoxlanışlarda hər hansı xəstəlik aşkarlanmayıb. Vətəndaş bildirir ki, 11 ay sonra, müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət etdiyi zaman yenidən tibbi müayinədən keçirilib və qanında virus aşkarlanıb. Bundan sonra isə hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılıb. Marqarita pizza
Şikayətçi iddia edir ki, hərbi xidmət dövründə məzuniyyətə çıxmayıb və xəstəliyə xidmət zamanı yoluxduğunu düşünür. Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, təxminən iki ildir nəticə əldə edə bilmir.
Vətəndaş həmçinin hərbi biletində xəstəliyin açıq şəkildə qeyd olunmasının iş tapmasına mane olduğunu və hər hansı sosial ödəniş və ya sığorta vəsaiti almadığını bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 03 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















