Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyrək xəstəsi olan 17 yaşlı şəxs xəstəxanada virusa yoluxub.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, paytaxtın Suraxanı rayon sakini Təranə Məmmədova iddia edir ki, oğlu İsmayıl Ağamalıyev Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virusa yoluxub.
Onun sözlərinə görə, oğluna 2022-ci ildə böyrək köçürülsə də əməliyyat uğursuz olub, hazırda oğlu iki ildir ki, dializə qoşulur.
Valideyn iddia edir ki, dializ aparatına qoşulduqdan sonra oğlunun temperaturu yüksəlib, ürəkbulanma və titrəmə başlayıb. Həmçinin digər dializə qoşulan xəstələrdə də eyni hal yaşanıb. Xəstəxanada İsmayıl Ağamaliyevə tibbi müdaxilə olunub.
Xəstəxananın özündə bütün analizləri verən valideyn deyir ki, oğlunun səhhəti onsuz da risk altındadır.
“İndi narahatıq və qorxuruq ki, bu hal yenidən təkrarlanar”, - deyə bildirib.
Sabunçu Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, məsələ ciddi araşdırılacaq və ailənin iddiaları cavablandırılacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 22 Avqust 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















