Icma.az
close
up
RU
Gənc oğlan valideynlərinin 2,8 milyon dollar borcunu necə ödədi?

Gənc oğlan valideynlərinin 2,8 milyon dollar borcunu necə ödədi?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hubey əyalətinin Vuhan şəhərindəki Çin xəttatlıq studiyasının sahibi Chen Zhao (Çen Zao), yeddi il ərzində valideynlərinin 20 milyon yuan (və ya təxminən 2,8 milyon ABŞ dolları) borcunu ödəmək üçün bacarıqlarından istifadə edib.

Sfera.az bildirir ki, Çen Zhao bu ənənəvi sənəti öyrənməyə 5 yaşından başlayıb, lakin valideynləri ona xəttatlıqla dolana bilməyəcəyini deyiblər.

Gənc peşə seçərkən valideynləri onun biznes təhsili alacağına ümid edirdilər, lakin Çen Hubei Gözəl Sənətlər İnstitutuna xəttatlıq ixtisası üzrə daxil olub. Bu da ailədə mübahisəyə səbəb olub.

Valideynləri tərəfindən qurulan geyim fabrikində işləmək əvəzinə, 2016-cı ildə universiteti bitirdikdən sonra yeni peşəkar xəttatlıq tədrisi studiyası açıb.

Çenin institutu açıldıqdan iki ay sonra ilk tələbəsini qəbul edib. Lakin o, solaxay olduğu üçün müəllimi üçün böyük problemə çevrilib. Tələbə çox səy göstərdikdən sonra “əl yazısı”nın şah əsərini yaratmağa müvəffəq olub, bundan sonra studiyanın işi yaxşılaşmağa başladı.

2017-ci ildə ailəsinin fabriki zəif idarəçilik ucbatından bağlanıb və valideynləri ümumilikdə 20 milyon yuan borc içində qalıb.

Valideynlərinə dəstək olmaq üçün Çen diqqətini xəttatlıq biznesinə yönəldib, studiyasının ərazisini genişləndirib, yeddi müəllim işə götürüb, təhsil haqlarını artırıb və 300-dən çox tələbə qəbul edib.

O, hər gün səhər saat 8-dən axşam 9-a kimi dərs deyir, günorta bir saatlıq fasilə verir.

Ötən ilin sentyabrına qədər Çen valideynlərinin bütün borclarını ödəmişdi. İndi atası və anası sənətin həqiqətən pul qazandırdığını başa düşərək xəttatlıq biznesini dəstəkləyir.

Aynil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see469

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see345

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see330

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see322

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see321

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see297

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see295

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see294

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see287

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see282

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see281

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see270

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see262

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see260

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see258

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see234

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see230

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see214

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri