Icma.az
close
up
RU
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024cü ilin yekunlarına dair hesabat toplantısı keçirildi FOTO

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024cü ilin yekunlarına dair hesabat toplantısı keçirildi FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024-cü ilin yekunlarına dair hesabat toplantısı baş tutub. Toplantının əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra il ərzində ərsəyə gələn layihələri və könüllülük fəaliyyətini əhatə edən videoçarx təqdim olunub.
Bizim.Media xəbər verir ki, toplantıda açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Murad Hüseynov təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Onlara gələcək işlərində uğurlar arzulayıb. Murad Hüseynova “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimliyə məxsus mükafat təqdim olunub.

Daha sonra İctimai Birliyin fəaliyyəti haqqında fikirlərini söyləmək üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin icraçı direktoru Aygün Əliyeva, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev səhnəyə dəvət alıblar. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli isə hesabat nitqi söyləyərək çıxışının sonunda müxtəlif qurum rəhbərlərini “Mədəniyyət Könüllüləri” İctimai Birliyi ilə davamlı və səmərəli əməkdaşlığına, könüllülərin fəaliyyətinə göstərdikləri dəstəyə görə təltif edib.

Tədbirdə il ərzdindəki fəaliyyətlərinə görə 10 mədəniyyət könüllüsü Ülviyyə Əhmədli, Tüncay Hüseynzadə, Məryəm Əlizadə, Fərid Babayev, Nərmin İbrahimli, Pərviz Mirzəzadə, Fatimə Həsənzadə, Ziyat Yadigar, Ləman Xəlilova və Tale Həsənzadə “İlin Mədəniyyət Könüllüləri” mükafatı ilə təltif olunublar. Toplantı Mədəniyyət Könüllülərinin fəxri üzvü İlkin Dövlətovun və Bəbir Bəbirliyin ifası ilə sona çatıb.

Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin məqsədi, mədəniyyət və incəsənət sahələrində könüllülərin fəaliyyətini təşfiq etmək, dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, istedadlı şəxslərin peşəkar inkişafına şərait yaradaraq onların innovativ təşəbbüslərini dəstəkləmək, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində maarifləndirmə işi aparmaq, mədəni və sosial layihələr həyata keçirməkdir.






















Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri