Icma.az
close
up
RU
Gənc tarixçilər elmi konfrans təşkil edib

Gənc tarixçilər elmi konfrans təşkil edib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində “Konstitusiya və Suverenlik İli” mövzusunda elmi konfrans keçirilib. Konfrans Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin təşəbbüsü, institutda təcrübə keçən Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə IV kurs tələbələrinin təşkilatçılığı ilə  keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən, ölkəmizin hüquqi əsaslarının daha dərindən öyrənilməsinə verdiyi töhfədən söz açıb.

Akademik il çərçivəsində Konstitusiya dəyərlərinin təbliği, hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi və dövlət suverenliyinin bərpası və qorunmasının vacibliyinin təbliği istiqamətində AMEA Naxçıvan Bölməsində müxtəlif tədbirlərin keçiriləcəyini bildirib. Çıxışının davamında İsmayıl Hacıyev ərazi bütövlüyünün, dövlət müstəqilliyinin və suverenliyin qorunub saxlanmasının hər bir dövlət üçün önəmindən bəhs edib.

Əsas Qanunumuz barədə ümumi məlumat verən bölmə sədri, dövlətin strukturu, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı Konstitusiyamızda təsbitini tapmış maddələri ümumi şərh edib. Konstitusiyanın ölkənin idarə olunmasında mühüm rolunu qeyd edib.

Konfransda çıxış edən AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Azərbaycan tarixində qəbul olunmuş konstitusiyalar, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Əsas Qanunumuzda əksini tapan prinsip və müddəalardan danışıb. Alim çıxışında tarix-mədəniyyət abidələrinin qorunması məsələsinin konstitusiyamızda əksini tapmasından, bu məsələyə konstitusion qaydada yanaşılmasından bəhs edib.

Vətən müharibəsi, bir günlük lokal xarakterli antiterror əməliyyatında şanlı ordumuzun qazandığı parlaq qələbə ilə suverenliyimizin tam bərpa olunduğunu qeyd edən natiq Azərbaycanın bu gün regionda əsas söz sahibi olmasından danışıb. Bu uğuru Azərbaycanın yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirib.

Daha sonra bölmədə istehsalat təcrübəsi keçən tələbələrdən Ləman Əliyeva “Azərbaycan Respublikasının Konstitusiyası: hüquqi dövlətin təməli”, Oruc Quliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dövlət müstəqilliyi və suverenlik məsələsi”, Aynur Məmmədova “Prezident İlham Əliyev və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi” başlıqlı məruzələr ediblər.

Gənc tarixçilər məruzələrində ölkə tarixində qəbul olunmuş konstitusiyalar, həmin konstitusiyalarda əksini tapan müddəalar, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu öndər Heydər Əliyevin rolu, Konstitusiyamıza edilmiş əlavə və dəyişikliklərdən danışıb, Ümummilli Liderin ölkənin əsas qanunu haqqında fikirlərindən sitatlar gətiriblər. Həmçinin suverenliyin mahiyyəti, suverenliyimizin bərpası üçün Azərbaycanın yürütdüyü gələcəyə hesablanmış siyasətdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı zəfərindən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuqdan və Böyük Qayıdış Konsepsiyasından bəhs olunub.

Konfransın sonunda akademik İsmayıl Hacıyev məruzələrdə qeyd olunan məsələlərin fonunda Azərbaycanın Səfəvilər dövründən başlayaraq günümüzədək sahib olduğu ərazilərin ümumi sahəsi, hər bir millət üçün milli şüurun önəmi və başqa məsələlərdən danışıb. Gənc təcrübəçilərə bəzi tövsiyələr verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri