Gənc yazar Xəzər Ələsgərovun “İnsan Memarlığı” kitabı çapdan çıxıb
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gənc yazar Xəzər Ələsgərovun insanın fərdi və ictimai varlığını, cəmiyyətin formalaşma mexanizmlərini və texnologiyanın insan həyatına təsirini müxtəlif aspektlərdən araşdıran “İnsan Memarlığı” kitabı işıq üzü görüb.
“Optimist” nəşriyyatında çapdan çıxmış kitab 451 səhifədən ibarətdir. Əsərdə insanın bioloji və sosial varlığından başlayaraq inanc, cəmiyyət, mülkiyyət, əmək, hakimiyyət, siyasət, sosial siniflər, normalar, dövlət, xalq, dil, mədəniyyət, elm, hekayəçilik və tarix kimi anlayışların insan və cəmiyyətin təşkilindəki rolu nəzərdən keçirilir.
Kitab “Bir Vücutta İki Varlıq”, “İnanc”, “İnsan Toplumu”, “Mərasimlər”, “Mülkiyyət”, “Əmək”, “İqtidar”, “Siyasət”, “Sosial Siniflər”, “Normalar”, “Dövlət”, “Xalq”, “Dil”, “Mədəniyyət”, “Elm”, “Hekayəçilik”, “Tarix”, “Həyat”, “Sosial Mühəndislik”, “İnsan Mühəndisliyi”, “Bilgi Mühəndisliyi”, “I Hissə: Enerji”, “II Hissə: Maşınlar”, “III Hissə: Texnologiya”, “IV Hissə: Bilgi”, “V Hissə: Elektron Maşınlar”, “VI Hissə: Mexantrop”, “Maşınlar təşkilatlanır” və digər bölmələrdən ibarətdir.
“İnsan Memarlığı” kitabı insanın və cəmiyyətin formalaşması, bu prosesdə sosial institutların və texnologiyanın rolunu araşdıran, eyni zamanda texnoloji dəyişikliklərin gələcək insan və cəmiyyət modelinə mümkün təsirlərini düşünməyə imkan verən əsər kimi təqdim olunur.
Qabil Əliyev
XQ
Baxış sayı:151
Bu xəbər 24 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















