Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair müqavilə imzalayıb.
Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusun Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikasının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər.
Gəncə avtomobil zavodu İB-nın mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev, BELAVTOMAZ holdinqinin idarəedici şirkəti olan MAZ ASC-nin baş direktoru Valeri İvankoviç və POZHSNAB MMC-nin direktoru Oleq Deryabin imzalayıblar.
Razılaşmaya əsasən texnikaların komplektləşdiriciləri ölkəmizə gətirilərək Gəncədə yığılacaqdır.
"Bu sənəd Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 2024-cü ilə qədər uğurla həyata keçirilən avadanlıqların təchizatı layihəsinin davamıdır", - məlumatda bildirilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















