Icma.az
close
up
RU
Gəncə avtomobil zavodu İB də Zəfər gününün 5 illiyi qeyd olundu.

Gəncə avtomobil zavodu İB də Zəfər gününün 5 illiyi qeyd olundu.

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 Noyabr Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.
Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş işçiləri də iştirak edirdi.
Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.
Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı:
“Bu gün biz Zəfərimizin 5 illiyini böyük fəxrlə və sevinclə qeyd edirik. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” deyə A.Əliyev əlavə edib.
Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncə avtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilər və veteranlar, o cümlədən də müharibə iştirakçiları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başını əzib.
Müəssisənin direktor müavini Etibar Qasımov cıxış edərək 44 günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinə görə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşında Azərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyaya sübut etdi.
Müəssisənin direktor müavini Şəhla Abdinova 44 günlük müharibənin hərbir azərbaycanlı üçün bir qürur nümunəsi olduğunu bildirdi. Vurğuladı ki, minlərlə şəhidlərin və qazilərin qanı bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixi nə qızıl hərflərlə yazılıb və bugün biz onlara minnətdarıq. 
Zavodun baş mühəndisi Vahid Məmmədov qeyd etdiki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomba və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hərkəs özbacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-də rəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifəborclarını yerinə yetirdi. 
Sonda birliyin direktoru Amin Əliyev bir daha Zəfər günü münasibətilə veteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladıki, istər 1-ci, istərsədə 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu  böyük sevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.


8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindən müəssisənin bütün qaziləri, veteranları və müharibə iştirakçiları mükafatlandırılıb.
Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri