® Gəncə avtomobil zavodu “Regional Expo Gəncə 2026” sərgisində iştirak edir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Noyabrın 20-də Gəncə İdman Sarayında Qərb regionunda ilk dəfə olaraq “Regional Expo Gəncə 2026” – Sahibkarların Təqdimat Sərgisi fəaliyyətə başlayıb.
Sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, özəl sektor nümayəndələri, sahibkarlar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər sərginin əhəmiyyətindən, sahibkarlığın inkişafı, regionlararası iqtisadi əməkdaşlığın gücləndirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından yaratdığı imkanlardan bəhs ediblər. Açılış mərasimindən sonra rəsmi qonaqlar sərgi zonası ilə tanış olub, iştirakçı müəssisələrin məhsul və xidmətlərinə baxış keçirib, sahibkarlarla görüşüblər.
“Regional Expo Gəncə 2026” çərçivəsində 112 müəssisə öz məhsul və xidmətlərini təqdim edir. 2 gün davam edəcək sərgidə açıq havada “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi də istehsal etdiyi avtomobillər, traktorlar, həmçinin kənd təsərrüfatı texnikaları ilə təmsil olunur. Sərgidə bunker hissəsinin 100 faiz yerli istehsalı olan kommunal avtomobil, su və digər maye məhsullarının daşınması üçün nəzərdə tutulan iri tonnajlı maşınlar, müxtəlif kommunal texnikalarla təchiz olunan traktorlar, qoşqular nümayiş edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















