Gəncə ətrafındakı səslərlə bağlı Rəsmi açıqlama
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib.
Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

