Icma.az
close
up
RU
Gəncə MDB nin İdman Paytaxtı titulunu təsdiqləyən sertifikatı qəbul edib Fotolar

Gəncə MDB nin İdman Paytaxtı titulunu təsdiqləyən sertifikatı qəbul edib Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı sertifikatı Gəncə şəhər rəhbərliyinə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi tərəfindən ümumşəhər tədbiri təşkil olunub.

Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə, şəhər rəsmiləri, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb.

Daha sonra Heydər Əliyev Mərkəzindən “Zəfər Tağı”nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların çıxışları izlənilib.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı tədbirin 15 İyun – Milli Qurtuluş Günündə keçirilməsinin xüsusi rəmzi məna daşıdığı qeyd olunub. Böyük inkişaf yolunu qətiyyətlə addımlayan azad, müstəqil Azərbaycanda mötəbər idman tədbirlərinin təşkil edilməsinin sevindirici olduğu vurğulanıb. III MDB Oyunlarının ölkəmizdə, Nizami yurdu Gəncədə keçirilməsinin önəmindən bəhs edilib.

Daha sonra Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı seçilməsi ilə bağlı sertifikat MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.

Tədbirin davamında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Bakıdan dəvət olunmuş müğənnilər Rilaya Hüseynzadə və Mərdan Kazımovun ifasında konsert proqramı nümayiş etdirilib.












Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyun 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see528

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see214

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see131

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see126

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see126

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see124

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see124

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri