“Gəncə” milli komandanın voleybolçuları ilə görüşüb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Gəncə” voleybol klubunun rəhbərliyi Avropa çempionatında Azərbaycan millisinin heyətində çıxış edən Nərminə Musayeva və Ülkər Kərimova ilə görüşüb.
İdman.Biz xəbər verir ki, görüşdə voleybolçuların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmələri və milli komandanın uğurlarına verdikləri töhfə yüksək qiymətləndirilib.
Klubun prezidenti Elvar Osmanov idmançılara göstərdikləri əzm və peşəkarlığa görə təşəkkürünü bildirib. O, Nərminə Musayeva və Ülkər Kərimovaya “Təşəkkürnamə” təqdim edib.
Elvar Osmanov voleybolçulara yeni mövsümdə uğurlar arzulayıb və onların həm milli komandada, həm də “Gəncə”nin heyətində yeni nailiyyətlər qazanacaqlarına inamını ifadə edib.
Bu mövzuda digər xəbərlər:Niyazi Bayramov Gəncə sakinləri ilə görüşüb
18 Dekabr 2024 18:53
Gəncə nin prezidenti Manuçehir Hojizadə ilə görüşüb
16 İyun 2025 18:22
“Gəncə” voleybol klubunun prezidenti akademiyanın üzvləri ilə görüşüb
06 Yanvar 2025 16:28
Gəncə Qəbələ Gəncə qatarı istifadəyə verildi
12 Yanvar 2026 13:39
Gəncə Qəbələ Gəncə qatarı istifadəyə verilir
05 Yanvar 2026 11:28
Baxış sayı:90
Bu xəbər 14 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















