Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər Kompensasiya məbləğləri
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bakı və Sumqayıtda olduğu kimi, Gəncə, Naxçıvan və Masallıda da qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulur".
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, bu şəhər və rayonlarda söküntü zamanı sakinlərə pul kompensasiyası verilməsindən daha çox alternativ mənzillərlə təmin olunmasına üstünlük veriləcək:
"Köhnə mənzil fondunun yenilənməsi proqramı yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə etmir. Layihə çərçivəsində ölkənin bütün rayonlarında qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binalar mərhələli şəkildə yenilənəcək. Texniki vəziyyəti bərpa və ya yenidənqurma işlərinə imkan verən binaların isə sökülməsi əvəzinə təmir olunması nəzərdə tutulur.
Proses Bakıda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan"a, digər şəhər və rayonlarda isə müvafiq ərazilərin sosial-iqtisadi inkişafı, şəhərsalma prinsipləri və qəbul edilmiş qərarlara uyğun həyata keçiriləcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ilkin hesablamalarına əsasən, söküntü zamanı pul kompensasiyası müəyyən edilərsə, məbləğlər Naxçıvanda 1 400-1 800 manat, Masallıda 1 000-1 500 manat, Gəncədə isə 1 500-2 000 manat aralığında ola bilər".
AQC sədri vurğulayıb ki, hazırda həmin ərazilərdə kompensasiyaların ödənilməsi ilə bağlı konkret dövlət qərarı yoxdur:
"Göstərilən rəqəmlər rəsmi təsdiqlənmiş tariflər deyil, cəmiyyətin təcrübəsinə və qiymətləndirmələrinə əsaslanan təxmini göstəricilərdir. Kompensasiya ödənilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə, məbləğlər bir neçə mexanizm əsasında müəyyənləşdirilə bilər. Bunlara qiymətləndirmə xidmətlərinin satınalma yolu ilə cəlb edilməsi və qalib şirkətin mənzillərin dəyərini müəyyənləşdirməsi, Nazirlər Kabineti yanında müvafiq komissiyanın qərarı, eləcə də investorla bina sakinləri arasında qarşılıqlı razılaşma daxildir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















