Icma.az
close
up
RU
Gəncə paxlavasının hazırlanma qaydası

Gəncə paxlavasının hazırlanma qaydası

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Respublikamızın müxtəlif şəhər və rayonlarında adətən Novruz bayramı ərəfəsində, nişan və toy məclislərində Gəncə paxlavası hazırlanır. Bu şirniyyat digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. Gəncə paxlavası adətən mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəkilində kəsilir.

Milli.Az  Nizami yurdunun paxlavasının reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

2 ədəd yumurta
1 kq un
1 stəkan gülab
2 stəkan süd
50 qr ərinmiş kərə yağı

Ara qatlarına yaxmaq üçün :

400 qr ərinmiş kərə yağı

İçlik üçün:

1,5 kq təmizlənmiş qoz ləpəsi
1 kq şəkər tozu
1 çay qaşığı hil

Şərbəti üçün:

1 litr gülab
500 qr şəkər tozu
1 ədəd limon

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün təmizlənmiş qozu qozçəkəndən keçirin və üzərinə şəkər tozu, hil töküb qarışdırın. İçliyi 6 bərabər hissəyə bölün.

Xəmiri hazırlamaq üçün unu bir qaba ələyin. Ələnmiş unun orta hissəsindən yuva açın və çəngəllə çırpılmış yumurtanı əlavə edin. Az-az südü və gülabı əlavə edərək xəmir yoğurun. Xəmir ələ yapışmayan və yumşaq olmalıdır. Ən sonda kərə yağı əlavə edib xəmiri yaxşıca yoğurun. Xəmiri 11 bərabər kündələrə ayırın və üzərinə salafan keçirib dəsmalla örtün.

Şərbəti hazırlamaq üçün bir qaba 700 ml gülab və şəkər tozu töküb qaynadın. Qabığı soyulmuş və dilimlənmiş limonu hazır siropun içərisinə əlavə edin. Dairəvi məcməyi götürün və kərə yağıyla yağlayın. İlk kündəni yayın, yağlanmış məcməyiyə yerləşdirin və ərinmiş kərə yağıyla (təxminən hər qat üçün 2 xörək qaşığı) yağlayın. 2 ci qatı da eyni qayda ilə yayın və üzərinə içliyi tökün. Qalan kündələri ilə eyni qaydayla yayın və 2 qatdan bir içliyi tökün. Ən son 2 qatı sadəcə yayın və üst-üstə qoyun. Üzərinə paxlava forması verib dərin xətlər kəsin.

Əvvəlcədən dəmlənmiş zəfəranı paxlava boyasıyla qarışdırın və paxlavanın üzərinə 2 qat yaxın. Paxlava dilimlərini təmizlənmiş qozla və ya badamla bəzəyin. Daha sonra məcməyi kömürdən hazırlanmış közün üstünə qoyun və qapaq örtün. Üstünə od tökülür ki, üz hissəsi də bişsin. Üst və alt qat bişib qızarırsa, əridilmiş kərə yağı tökün. Paxlavanın alt hissəsi bişdikdə qapağını açıb şərbət gəzdirib paxlavanın üstü bişməsi üçün qoyun.

Hazırladığınız paxlavanı əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada da bişirə bilərsiniz./Evdar.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyul 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri