Icma.az
close
up
RU
Keksə bənzəyən makaron Hazırlanma qaydası

Keksə bənzəyən makaron Hazırlanma qaydası

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klassik makaron reseptlərindən bezənlər üçün son dövrlərdə mətbəxdə diqqət çəkən ideyalardan biri keks qəlibində hazırlanan soba makaronudur. Sosial mediada milyonlarla baxış toplayan bu üsul təqdimatı ilə fərqlənir.
Demokrat.az
xəbər verir ki, ilk baxışda duzlu keksə bənzəsə də, bu resept bol inqrediyentli və doyurucu yeməyə çevrilir. Ən maraqlı cəhəti isə sobadan çıxdıqdan sonra qəlib formasını qoruyub saxlamasıdır.
Bu reseptdə ilk addım makaronun qaynadılmasıdır. İstəyə görə soba makaronu, burma və ya qalın çubuq makaron növlərindən istifadə etmək olar. Makaronun bir qədər diri qalacaq şəkildə bişirilməsi vacibdir. Çünki ikinci bişirmə mərhələsi sobada baş verir. Həddindən artıq yumşaq bişirilən makaron qəlibdən çıxarılarkən dağıla bilər.
Qaynadılmış makaronun suyunu atmaq əvəzinə saxlamak da faydalı üsuldur. Tərkibində nişasta olduğu üçün makaron suyu şorbalarda, souslarda və tərəvəz yeməklərində qatılaşdırıcı kimi istifadə oluna bilər.
Ayrı qabda yumurta, süd, duru yağ və qara istiot çırpılır. Bu qarışım reseptin birləşdirici hissəsini təşkil edir. Üzərinə rəndələnmiş pendir və xırda doğranmış cəfəri əlavə edildikdə həm dadı, həm də görünüşü daha cəlbedici olur. Həmçinin kaşar pendiri, ağ pendir və ya qarışıq pendir növləri ilə də hazırlamaq mümkündür.
Daha sonra qaynadılmış makaron bu qarışıma əlavə edilir və bütün inqrediyentlər yaxşıca qarışdırılır. Yağlanmış keks qəlibinə tökülən qarışımın bərabər yayılması vacibdir ki, bişdikdən sonra forma aydın görünsün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirilir. Sobadan çıxdıqda belə iştahaçan görünür. Nəticədə xarici hissəsi yüngül xırtıldayan, daxili isə yumşaq və kremvari olan makaron keks əldə edilir. Dilimlənərkən dağılmadan rahatlıqla süfrəyə təqdim etmək mümkündür.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri