Icma.az
close
up
RU
Gəncə sakinləri marşrut avtobusların sınıqsalxaq olmasından ŞİKAYƏTÇİDİR FOTO

Gəncə sakinləri marşrut avtobusların sınıqsalxaq olmasından ŞİKAYƏTÇİDİR FOTO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə şəhərinin bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Gəncədə marşrut xətlərində 1992-1993-cü illərdən qalma sınıq-salxaq avtobusların fəaliyyət göstərməsindən şikayət edirlər:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, illərdir mövcud olan problemimizi işıqlandırasınız.

Diqqətinizə çatdıraq ki, Gəncə şəhərində ictimai nəqliyyatın vəziyyəti bərbad gündədir. Avtobusların əksəriyyəti 1992-1993-cü illərdən qalmadır, içləri görünüşlərindən də bərbad gündədir. İçəridə qazın və kirin iyisindən oturmaq mümkün deyil.

Sürücülərə məcburiyyətdən bu maşınları idarə edirlər. Siqaret çəkməyə və yaxud yemək yeməyə belə, vaxtları olmur.

Gəncədə dayanacaqlar da bərbad gündədir. Kim harda istəyir, orada da avtobusu saxlatdırır.

Bildiyiniz kimi, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Lakin burda vəziyyət ürəkaçan deyil. İş yox, nəqliyyat bərbad gündə, yollar dağılır. Bir sözlə, şəhər baxımsız vəziyyətdədir.

Sürücülərin hər biri gün ərzində 14-15 saat işləyirlər. İstirahət vaxtları belə, yoxdur. Həm maşın sürür, həm də çörək yeyirlər.

Bu məsələyə diqqət ayrılmalı, ciddi tədbir görülməlidir. Vaxt problemi olduğu üçün sürücülər də maşını təhlükəli idarə edirlər.

Gəncə şəhərində 3-4 yeni avtobus var ki, onların daxili və xarici görünüşləri normaldır, amma onlar da vaxtla əlaqədar olaraq təhlükəli idarə edirlər. Dispeçer sadəcə yolun qırağında durub, pul yığmaq üçün fəaliyyət göstərir. Əhalini fikirləşən yoxdur. Üstəlik, bu cür yararsız avtobuslarda gediş haqqının 50 qəpik olması da çoxdur.

Daha bir vacib məsələ isə odur ki, axşam saat 8-dən sonra şəhərdə avtobus tapmaq mümkün olmur. Bir çoxları planı təhvil verdiyi üçün evinə gedir, əziyyət çəkən sakinlər olur.

Biz sakinlər sizin qəzet və sayt vasitəsilə Yerüstü Nəqliyyat Agentliyinə müraciət edirik.  Xahiş edirik, bu yaman günlü avtobusları şəhərdən çıxarsınlar.

Onu da qeyd edək ki, rayonlarda ictimai nəqliyyat daha bərbad gündədir”.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır: “Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur.

Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.             

Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində sərnişindaşımaya 18 yeni və müasir avtobus cəlb edilib. 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro-6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri