Icma.az
close
up
RU
Beyləqan sakinləri icra başçısından ŞİKAYƏTÇİDİR “...tək məqsədləri yeyinti etməkdir” / FOTO

Beyləqan sakinləri icra başçısından ŞİKAYƏTÇİDİR “...tək məqsədləri yeyinti etməkdir” / FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Beyləqan şəhərinin mərkəzi küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçələr bərbad vəziyyətdədir İcra Hakimiyyəti bu problemlə maraqlanmır:

“Biz, sakinlər, yaşadığımız ünvan üzrə bir çox qurumlara iradımızı bildirmişik. Lakin əhəmiyyət vermirlər. Bu səbəbdən də məcbur qalıb media üzərindən səlahiyyətli qurumlara müraciət edirik.

Son vaxtlar guya, rayonda küçələrə asfalt çəkirlər. Görünən yerləri bəzəyib, görünməyən yerləri isə yarımcıq qoyurlar. Bu dediklərimizi şəkillər vasitəsilə də sübut edəcəyik.

Asfalt çəkən ustalara sual veririk ki, bu, magistral yoldur, yolun bu hissəsini niyə yarımçıq qoyursuz, deyirlər, icra başçısı Əziz Əzizov bizə belə tapşırıq verib.

Bu küçəni belə yarımçıq qoymaqla, nə etmək istəyirlər? Yaxşı olmazmı hər yer səliqəli olsun? Rayonun arxa küçələrinə - vəzifəli şəxslərin yaşadığı ərazilərə başdan-başa asfalt çəkilib. Belə çıxır ki, adi insanlar isə palçığın içərisində yaşamalıdır. Vətəndaşlara verdikləri dəyər budur.

Üstəlik, çəkdikləri asfaltı da düzgün çəkmirlər. Görünür, tək məqsədləri yeyinti etməkdir. Köhnə asfaltı qazıb, yenisi çəkilməlidir. Onlar isə onun üzərindən bir qat daha gedirlər.

Onu da qeyd edək ki, bizim küçə şəhidlər abidəsinin yaxınlığıdır. Vətəndaşların şikayətinə icra başçısı Əziz Əzizov biganə yanaşır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see129

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri