Icma.az
close
up
RU
Gəncə terrorunda valideynlərini itirən Sevil: Xatırlamaq çox çətindir

Gəncə terrorunda valideynlərini itirən Sevil: Xatırlamaq çox çətindir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhərinin - Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından 5 il ötür. 2020-ci ilin payızında baş verən həmin hücum nəticəsində günahsız insanlar həyatını itirmiş, şəhərin dinc sakinlərinə və infrastrukturuna ciddi ziyan dəymişdi. 

Gəncə terrorunun canlı şahidləri arasında Sevil və Hüseyn də var. 

Modern.az saytı o qanlı anların şahidi olan Sevil Əliyeva ilə həmsöhbət olub. 

“Həmin vaxtdandan 5 il keçsə də, o gecəni unuda bilmirəm. İnsanın yaddaşına silinməz iz buraxan, ifadəsi olmayan, çox çətin anlar idi. Terrorun heç gözləmədiyim bir vaxtda-gecə yarısı baş verməsi hər şeyi daha da ağırlaşdırmışdı. O an həyatımda ilk dəfə əsl çarəsizliyi yaşadım”.

Bu sözləri Gəncə terroru zamanı hər iki valideynini itirən Sevil Əliyeva saytımıza deyib. 

Sevil xanım həyat yoldaşının onu xilas etdiyi anlardan da bəhs edib: 

“Dəqiq vaxtı xatırlamıram, amma çox keçməmişdi ki, həyat yoldaşım Talışın səsini eşitdim. Hamıdan əvvəl o yetişmişdi. Əvvəlcə mənə kömək etdi, evdən çıxarmağa çalışdı. Amma mən valideynlərimi orada qoyub gedə bilməyəciyimi dedim. Onların otağına keçdik, orada təsəvvürə gəlməyən bir mənzərə hökm sürürdü - səslər bir-birinə qarışmışdı. Hər yerdə fəryad səsləri eşidilirdi. O səslər arasında atamın səsini də eşitdim… O artıq son nəfəsini verirdi. Üstü daş və torpaqla örtülü olsa da, səsi hələ də gəlirdi. Talış vəziyyəti anlayan kimi məni qucağına alıb məcbur evdən çıxardı”.

Müsahibimiz həyat yoldaşının fədakarlığından da bəhs edib: 

“Talışla eyni sinifdə oxumuşuq, həm də qonşu olmuşuq. Həyat bizi hər zaman bir yerdə saxladı. O, heç bir çətin anımda məni tək qoymadı. Yaşımız az olsa da, o, hər zaman mənə dayaq olmağa çalışdı. İllər keçdikcə, mənim ən çox güvəndiyim insan, ən yaxın dostum, dərd ortağım və nəhayət, sözün əsl mənasında həyat yoldaşım oldu. Bu, mənim üçün böyük bir xoşbəxtlikdir”,- deyə o bildirib. 

Sevil Əliyeva o günlərdən keçməyin asan olmadığını da vurğulayıb: 

“Allah heç bir övlada belə ağrılar yaşatmasın. O dağıntılar, insanların fəryadı, cansız bədənlər gözümün önündən, qulağımdan silinmirdi. Aylarla yuxuya gedə bilmirdim, hər dəfə atamın son səsi qulağımda əks-səda verirdi. Bunları danışmaq indi də mənim üçün çox çətindir”.

“Bir müddət sonra başa düşdüm ki, yaşamalıyam”,- deyə o əlavə edib:

“Çünki mənim mənə əmanət qardaşım var idi. Artıq ona bacı olmaqla yanaşı, həm də ana və ata olmalıydım. Bu düşüncə ilə həyatın bir ucundan tutub irəliləməyə çalışdım”.

Sevilin sözlərinə görə, qardaşı Hüseyn həmin gün evdə olmayıb:

“Qorxduğu üçün nənəmgildə, Şəmkirdə qalırdı. O zaman səkkiz yaşı var idi. İndi mənimlə birlikdə yaşayır, səkkizinci sinifdə oxuyur. Hüseyn anamı çox istəyirdi, onun itkisinə uzun müddət inanmadı. Aylarla gözləyirdi ki, bəlkə anam gələcək, ya da heç olmasa, zəng edəcək. Amma zamanla o da mənim kimi güc tapdı. Mən ondan, o isə məndən dayaq aldı”.

Qeyd edək ki, yaxın zamanlarda Sevil Əliyeva ana olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri