Icma.az
close
up
RU
Gəncədə 23 yaşlı oğlan sevdiyi qızı dayısının evinə apardı: Sevdiyim üçün sözünə inandım...

Gəncədə 23 yaşlı oğlan sevdiyi qızı dayısının evinə apardı: Sevdiyim üçün sözünə inandım...

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Gəncə şəhərində 2002-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Fatiməyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Fərid 2023-cü ilin may ayının sonlarında Fatiməni yaşadığı yataqxananın otağına aparıb. Qızın razılığı ilə onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Fatiməni ailə üzvərinin vasitəsi ilə 2022-ci ildən tanıyıb: "Hərbi xidmətdən gələndən sonra anam Maya mənə tanışı Nərminənin də razılığı ilə onun qızı Fatimə ilə tanış olmağımı təklif etdi, qızın mobil telefon nömrəsini mənə verdi.

Fatimə ilə bir müddət telefonla danışdıq, Gəncə şəhərində orta məktəbin bufetində bir neçə dəfə görüşdük. Daha sonra onun ailə üzvləri bizim münasibətlərimizə razı olmadıqları üçün danışıqları azaltdıq. Fatiməni evdə incitməsinlər deyə onunla daha az əlaqə saxladım".

Fərid qeyd edib ki, 13 iyun 2023-cü ildə saat təxminən 10 radələrində yatdığı vaxt polis əməkdaşları onun evinə gəlib: "Fatimənin evdən qaçdığını, mənimlə bir yerdə olub-olmadığını soruşdular. Ondan xəbərsiz olduğumu bildirdim. Bir gün sonra polis əməkdaşları yenidən yaşadığım evə gəlib məni 2-ci polis şöbəsinə apardılar. Orada mənə Fatimə ilə onun razılığı əsasında cinsi əlaqədə olduğumu bildirdilər. Mən isə deyilənləri təkizb elədim, onun harada olmasını bilmədiyimi söylədim".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə, Fəridi təxminən 2022-ci ilin iyun ayından tanıyıb: "Əvvəlcə "İnstaqram" vasitəsi ilə, sonra isə mobil telefonla danışdıq. Aramızda sevgi münasibətləri yarandı. Bir neçə dəfə şəhər ərazisində görüşərək söhbət etdik. Fərid fikrinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini söylədi. Sevdiyim üçün onun sözlərinə inandım. Biz danışan zaman Fərid 9-cu sinifdə oxuduğumu və 15 yaşımın olduğunu bilirdi".

Fatimə qeyd edib ki, 2023-cü ilin may ayında Fərid onu dayısının yaşadığı yataqxananın birinci mərtəbəsində yerləşən evinə dəvət edib: "Bir yerdə həmin evə getdik. Evdə Fərid mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Məni sevdiyini və mənimlə ailə həyatı quracağına inandığım üçün razılıq verdim. Otaqdakı çarpayıda öz razılığımla Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum.

Həmin vaxt Fəridin anası da evə gəldi və bizi bir yerdə gördü. Fərid mənimlə cinsi əlaqədə olan vaxt bu barədə heç kimə heç nə deməməyimi bildirdi. Lakin sonradan evdən qaçdığıma görə məni həkim müayinəsindən keçirdilər, bakirəliyimin pozulması ortaya çıxdı, anama və xalama bu barədə danışdım. Ailəm Fəridlə ailə qurmağıma razı olmadıqları üçün onunla cinsi əlaqə də oldum ki, ailəm məcbur qalıb məni Fəridə ərə versinlər".

İş üzrə ifadə verən yetkinlik yaşına çatmayan Fatimənin qanuni nümayəndəsi və anası Nərminənin sözlərinə görə, iyunun 13-də təxminən səhər üzü saat 5 radələrində işdən gəlib və görüb ki, qızı Fatimə evdə yoxdur: "Anamın yanına gedəcəyini fikirləşib ona zəng vurdum. Anam isə Fatimənin onlarda olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim.

Səhəri gün bacım mənə zəng vurub bildirdi ki, Fatimə gecə zəng vuraraq evdə sıxıldığını və onlara getmək istədiyini deyib. Bacım da gecə gedib Fatiməni öz evlərinə aparıb. Mən də bacıma Fatiməni evdə tapmadıqda polisə müraciət etdiyimi dedim.

Polis əməkdaşları Fatiməni Gəncə şəhər 2-ci polis şöbəsinə apardılar, izahatını aldıqdan sonra tibbi ekspertizadan keçirdilər. Onun bakirəliyinin pozulduğu müəyyən edildi. Fatimə mənə Mayanın oğlu Fəridlə guya sevgili olduğunu və onu alacağı barədə vədlər verərək dayısının yataqxanada olan evinə apardığını, həmin evdə cinsi əlaqədə olduğunu bildirdi.

Mən Fatimənin Fəridlə telefonda danışdığını bilirdim. Buna görə qızımla daim mübahisələr edirdim. Lakin Fatimə mənə məhəl qoymur, Fəridlə danışırdı.

Fatimə Fəridin onu həmin evə bir neçə dəfə apardığını, Mayanın da bunu gördüyünü bildirdi. Maya qızıma Fəridlə bir yerdə cinsi əlaqədə olmağı və sonra evdən qaçmağı məsləhət görüb. Fatimənin bakirəliyinin pozulduğunu bildikdən sonra Maya və onun bir qadın qohumu yanıma gələrək qızımı başqa həkimin yoxlamalı olduğunu dedilər.

Mən də qızımı Abbas Səhhət adına xəstəxanada ginekoloqun yanına apardım. Lakin o, bakirəliyi ancaq ekspert-həkimin yoxlamaq hüququ olduğunu deyərək müayinədən imtina etdi. Qızım Fatimə mənə 2023-cü ilin aprel və may aylarında yataqxananın birinci mərtəbəsində Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, Fəriddən başqa heç kimlə cinsi əlaqədə olmadığını söylədi".

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri