Icma.az
close
up
RU
Sevdiyim qızın rəsmini çəkmək üçün rəssam oldum

Sevdiyim qızın rəsmini çəkmək üçün rəssam oldum

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əli Qafarlı 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 2012-ci ildən Sumqayıt şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsində müəllim işləyir. Müxtəlif janrlarda işləri var. Bir sıra rəsm sərgilərində iştirak edib, sertifikat və diplomlarla mükafatlandırılıb.

Müsahibimiz rəssam Əli Qafarlıdır.

- Əli, neçə ildir rəssamlıqla məşğul olursunuz?

- Artıq on dörd ildir.

- Bildiyim qədərilə paralel olaraq müəllimlik fəaliyyətiniz də var.

- Bəli. Sumqayıt Şəhər Bülbül Adına Uşaq İncəsənət Məktəbinin müəllimiyəm.

- Pedaqoji fəaliyyət yaradıcılığa mane olmur?

- Düzünü desəm, pedaqoji fəaliyyət yaradıcılığı öldürür. Məsələn, yalnız yaradıcılıqla məşğul olsaydım, daha çox yol qət edərdim. Ömrümün böyük bir hissəsini müəllimliyə həsr etmişəm. Pedaqoji fəaliyyətdən əlavə yaradıcılıq üçün nə qədər vaxt qalıbsa, onunla kifayətlənməli olmuşam. Düzdür, müəllimliyi də sevirəm, ancaq deməliyəm ki, yaradıcılıqla ikisi bir arada çox çətindir. Yaradıcılığa mane olan digər bir amil isə sifarişlə işləməkdir. Çünki sifarişlə görülən işi çox vaxt texnika əsasında qurursan, ora özündən heç nə qoymursan.

- Azərbaycanda rəssam olmaq. Gənc rəssam kimi bu haqda nə deyə bilərsiniz? Sizləri ən çox narahat edən, yaradıcılığına mane olan problemlər nələrdir?

- Bu suala cavab vermək bir qədər çətindir. Çünki cavab rəssama görə dəyişir. Ümumi götürəndə isə çoxumuzun ən böyük problemi emalatxanadır. Məsələn, bu, mənim altıncı emalatxanamdır. Hər dəfə böyük həvəslə icarəyə götürürsən, ya qiymət qalxır, ya da başqa nəsə bir problem çıxır. Məlum məsələdir ki, rəssam üçün emalatxana vacibdir. Qeyd etdiyim kimi, hər kəsin adından danışa bilmərəm. Eləsi var ki, bundan da böyük emalatxanası, çoxlu tələbəsi var, heç nədən də şikayət eləmir. Eləsi də var ki, həmişə şikayətçidir. Bu, insana görə dəyişir. Ancaq çoxluq əziyyət çəkir.

Müasir dövr rəssamlığının əsas problemlərindən biri də texnologiya ilə bağlıdır. On il əvvəl indikinə nəzərən rəssam az olsa da, bu sahəyə böyük tələbat vardı. İndi isə vəziyyət dəyişib, texnologiyanın inkişafı bizim sahəyə də təsirsiz ötüşməyib  Məsələn, əvvəllər biz restoranların, müxtəlif binaların divarlarına rəsmlər çəkirdik, bu gün artıq ona ehtiyac qalmayıb. Hamısını texnologiyanın köməyi ilə həll edirlər. Hazırda texnika əl işini üstələməkdədir.

- Belə olan halda əl işinin dəyəri qalxmalı deyil?

- Bəli, əslində elə olmalıdır. Ancaq çox təəssüf ki, biz əksini görürük.

- Atanız Vidadi Qafarlı da incəsənət cameəsində tanınan rəssamlardandır. Atanızın adı çox güman müəyyən qapıları sizin üzünüzə açıb.

- Əvvəllər, bəli. Xüsusən də yeni başladığım dövrdə. Ümumiyyətlə, məndə bu işığı atam görüb, rəssamlığa da o yönləndirib. Yəqin atam rəssam olmasaydı, mən də olmazdım. Ancaq bunun həm də məsuliyyəti var. Məsələn, Akademiyada oxuyanda bilirdilər ki, atam rəssamdır. Ona görə də məndən daha çox şey tələb edirdilər.

- Sizi həm də şokaladla çəkdiniz tablolardan tanıyırıq. Bu işi hələ də davam etdirirsiniz?

- Atam Türkiyədə olanda şokoladla əsərlər çəkib, hətta bir dəfə anamı da təsvir edib. Bir müddət mən də bu işlə məşğul oldum. Həmin dövrdə böyük maraq olduğunu hiss etsəm də, sonradan sifarişlər azaldı. Hazırda Azərbaycanda bu işi ilk edən rəssam kimi patentini almaq üçün çalışıram. Ölkəmizdə bu üsul geniş yayılmayıb. Ümumiyyətlə, texnika çox çətindir. Hər dəfə şokoladı pozub yenidən çəkmək asan deyil.

- Ən baha satdığınız əsər neçəyə olub?

- 800 manat. Yalandan deyə bilmərəm ki, çox baha qiymətə işlər satmışam. Əgər ehtiyacım olmasaydı, bəzi rəsmlərimi ümumiyyətlə satmazdım. Məsələn, mən təkcə emalatxananın icarəsinə müəyyən qədər pul verirəm. Hərdən elə bir sifariş olur ki, həmin ayın icarə pulu bir əsərlə çıxır. Bəzən də əksinə, nə tələb olur, nə də işin satılır. Elə olan halda da məcbursan öz cibindən icarə verəsən. Bu da insanı müəyyən qədər həvəsdən salır. Ancaq yadımdadır ki, atam rəssamlıqdan qazandığı pulla üç dəfə ev almışdı. Təbii ki, o dövrdə insanların rəssamlığa yanaşması başqa cür idi. Fikrimcə, indiki zamanın da öz üstünlüyü var. Atam deyir ki, sizdəki imkanlar olsaydı, mən Allah bilir harada olardım. Məsələn, bu gün bir dənə eskiz çəkib sosial şəbəkədə paylaşırsan, dünyanın o başından sənə reaksiya verirlər. Ancaq atam danışır ki, o vaxtlar rayonda çardaqda toz-torpağın içərisində rəsm çəkirlərmiş. İşlərini nümayiş etdirmək üçün qalereya düzürmüşlər. Gözləyirmişlər ki, Bakıdan rəssamlar gəlib onların əsərlərinə baxacaq.

- Sizcə, yaxşı rəsm üçün ən birinci nə lazımdır?

- Səmimiyyət. Ola bilər ki, bütün texnikaları biləsən, ancaq səmimiyyət yoxdursa, əsər alınmır. Çünki izləyici bunu hiss edir. İllər öncə oyuncaqla bir qız çəkmişdim. Sərgidə o işim satıldı. Tablonu alan adam əsəri elə qucaqlayıb apardı ki, bu günə qədər gözümün önündən getmir. O vaxt mən hələ öyrənmə mərhələsində idim. O qədər də peşəkar iş hesab etmək olmazdı, ancaq görünür, həmin tablo yeni sahibində hansısa hissləri, xatirələri oyatmışdı.  Fikrimcə, insanlar bəzən rəsmlərə sadəcə sığınır. Elə adam da var ki, deyir neynirəm tabloya pul verib, sərgidə gedib baxıram da. Yanaşmalar müxtəlifdir. Ancaq mən rəssam olmasaydım belə, bəzi rəsmləri mütləq alıb evimin divarından asardım.

- Məsələn, kimin işlərini?

- Məsələn, Cəlal Ağayev. Onun əsərlərində elə bir enerji var ki, adamı tilsimə salır.

- Ən çox hansı növdə sifarişlər alırsınız?

- Daha çox portret istəyirlər, natürmort sifarişləri də olur. Bəzən də məşhur tabloların bənzərini istəyirlər.

- Bəs özünüz hansı üslubda işləməyi sevirsiniz?

- Həyatda çox xəyalpərəst olsam da, əsərlərimdə realizm, klassisizmi üstün tuturam. Xüsusilə də qadın portretlərini işləməyi sevirəm.

- Niyə məhz qadın?

- İlham pərisi həmişə qadın olub. Qadın olmasa, incəsənət olmazdı. Məsələn, mən Orta əsrlərdə rəssam olsaydım, ancaq kralları çəkmək tapşırığını yerinə yetirə bilməzdim.

- Kişi portretləri işləmirsiniz?

- Sifarişlə işləmişəm. Heç vaxt öz xoşumla hansısa kişini çəkmək eşqinə düşməmişəm. Ancaq portretini işləmək istədiyim məşhurlar var. Məsələn, Ramiz Rövşəni çəkməyi həmişə çox istəmişəm. O, sanki şeirlərində sözdən rəsm çəkir. Elə bil Ramiz Rövşənin əlində fırça var. Bir gün onu çəkəsi olsam, əlində qələm yox, məhz fırça çəkərdim.

- Bəs niyə bir gün?

- Düzü, hələ özümü buna hazır hiss etmirəm. Tam şəkildə kompozisiyanı beynimdə qurub o cür başlamaq istəyirəm.

- Qeyd etdiyiniz kimi, qadın portretləri yaradıcılığınızda xüsusi yer tutur. Qadının İlham mənbəyi olması fikri ilə razıyam. Ancaq çox güman portret sevginizin başqa səbəbləri də var.

- Məndə portretlərə maraq xoşuma gələn qızı çəkmə arzusundan yaranıb.

- Sevdiyiniz qızın rəsmini çəkmək üçün rəssam olmusunuz, deməli. Nə oldu o qızın axırı?

- Alınmadı.

- Bu xanım odur? (Divardakı tablonu göstərirəm)

- Xeyr. Bu xanım özü də rəssamdır, ortaq dostlarımız var. Başqa rəssamlar da onu çəkib. Mən klassik üslubda çəkmək istədim. Kompozisiyanı qurandan sonra ona da izah etdim, hazırlıqlı gəldi. Beləcə oturub çəkdim.

- Belə bir portret işləməyə təxminən nə qədər vaxtınız getdi?

- Məhz, bu rəsmə dörd-beş saatım getdi. Düzdür, canlı olaraq çəkmək nisbətən çətindir, ancaq daha effektivdir. Biri var, sən psixoloji tərəfdən yanaşasan, biri də var əsəri yalnız akademizm üzərində qurasan. Portret işləyərkən adamın həmin günkü ruh halını nə qədər tuta bildinsə, bildin. Növbəti gün əhvalı dəyişə bilər və həmin effekt olmaz. Bu xanım mənim qarşımda oturanda onun həmin gün olan ruh halını təsvir etməyə çalışdım. Ancaq fotodan çəkəndə daha çox texnika üzərində qurulan şablon iş alınır. İkisi arasında çox böyük fərq var.

- Tabloda Modilyanin enerjisi var. Bunu məqsədli etmisiniz, yoxsa belə alınıb?

- Açığı, yox. Sadəcə klassik üslubda çəkmək istəyirdim. Ancaq sonradan mənə çox adam dedi ki, Modilyanin qadınlarına oxşayır. Əslində, bu xanım xaraktercə burada gördüyünüzdən tamam başqadır. Xaraktercə çılğın olsa da, gözündə qəribə bir kədər var. Mən onu verməyə çalışmışam.

- İncəsənətin ən gözəl tərəflərindən biri də bəlkə də mücərrədliyin gətirdiyi maraqdır. Tanımadığımız adamları bir rəsmlə, bir şeirlə kəşf etməyə çalışırıq. Bayaqdan heç üzünü görmədiyim bir adamın gözündəki kədərin səbəbini sorğulayırıq.

- Bəli. Buna vasitəçi olmaq isə tamam başqadır. Həmişə mənə elə gəlir ki, rəssamlığı bacaran insan heç vaxt bədbəxt ola bilməz.

- Rəssamlıq sizi xoşbəxt edir?

- Tam olaraq yox, ancaq xoşbəxt etdiyi anlar var. Məsələn, hərdən elə bir əsər çəkirsən ki, sonda ona baxanda sənə elə gəlir ki, dünyanın ən güclü, ən yaraşıqlı, ən bacarıqlı adamı sənsən. Onda olursan xoşbəxt...

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri