Icma.az
close
up
RU
Gəncədə elm və texnologiyaların müasir trendləri müzakirə olunub

Gəncədə elm və texnologiyaların müasir trendləri müzakirə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 6 noyabr, Elcan Məmmədov. AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı respublika elmi-praktik konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli Lider Heydər Əliyevin büstü və Şəhidlər abidəsi ziyarət edilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərov çıxışında yeni texnologiyaların rolundan bəhs edərək, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycanda süni intellektin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. O, universitetdə bu istiqamətdə həyata keçirilən işlərdən danışaraq, tədqiqatçıların Prezidentin çağırışlarına daha fəal qoşulacağına əminliyini ifadə edib.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan”ın direktoru Murat Gözütok və Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev çıxış edib, fikirlərini bölüşüblər.

Plenar iclasda ATU-nun Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərovun “Şərabçılıq sənayesində müasir texnologiyalar və yanaşmalar”, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin “Maşın mühəndisliyində innovativ texnologiyaların tətbiqi: ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobili”, Avtomatika və informasiya texnologiyaları kafedrasının doktorantı Fərid Rüstəmovun “Blokçeyn texnologiyası və onun tətbiq sahələri”, İqtisadiyyat kafedrasının doktorantı Fərhad Babayevin “Rəqəmsal iqtisadiyyat şəraitində müəssisələrin yeni idarəetmə yanaşmaları” adlı məruzələri dinlənilib.

İki günlük respublika elmi-praktik konfransı qida mühəndisliyi və texnologiyaları, süni intellekt, elektronika və informasiya texnologiyaları, tekstil, yüngül sənaye və dizaynda innovativ texnologiyalar, maşınqayırma, nəqliyyat və logistika, metallurgiya mühəndisliyi, rəqəmsal iqtisadiyyat və idarəetmə, turizm sənayesinin təşkili, ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, fundamental elmlər və innovativ texnologiyalar, multikultural təhsildə innovativ texnologiyalar olmaqla, 10 bölmədə hibrid qaydada öz işini davam etdirir.

Konfransın məruzələr toplusuna 2 dövlət qurumu, 23 universitet və 8 elmi müəssisədən 450 yaxın tezis qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see262

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see200

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see160

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see139

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see138

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see134

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see131

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri