Gəncədə Fərhadın heykəli təmir və bərpa işləri ilə əlaqədar götürülüb
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Gəncə şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən Fərhadın heykəlinin götürülməsi və ərazidə qazıntı işlərinin aparılması ilə bağlı görüntülər yayılıb.
Gununsesi.info məsələ ilə bağlı araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, heykəl ərazidə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri, eləcə də onun özünün bərpa edilməsi məqsədilə müvəqqəti olaraq götürülüb.
Məlumata görə, heykəlin yerləşdiyi ərazidəki fəvvarə uzun müddətdir fəaliyyət göstərmir. Bundan əlavə, heykəlin səthində və konstruktiv elementlərində müəyyən aşınma və texniki qüsurlar yaranıb.
Şəhər icra hakimiyyətindən deyilib ki, ərazidə abadlıq işləri aparıldıqdan sonra heykəlin özündə də müvafiq təmir-bərpa işləri həyata keçiriləcək.
Beləliklə, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan proses heykəlin sökülərək ləğv edilməsi deyil, onun bərpası və ətraf ərazinin yenidən abadlaşdırılması ilə bağlıdır.
Zülfiyə Telmanqızı
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 28 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















