Icma.az
close
up
RU
Gəncədə “II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” keçirilir

Gəncədə “II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” keçirilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 19 avqust, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” öz işinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpozium Türkiyə və Azərbaycanın, eləcə də bütün Türk dünyasının görkəmli alimi, bitki genetik ehtiyatları sahəsində zəngin elmi irs qoymuş professor Mirzə Göygölün xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın 20-dən çox ölkəsinin kənd təsərrüfatı tədqiqatları üzrə mütəxəssisləri iştirak ediblər.

Hibrid formada təşkil olunan tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov diqqətə çatdırıb ki, simpoziumun əsas məqsədi qlobal ərzaq təhlükəsizliyinin təminatında, bioloji müxtəlifliyin qorunmasında və kənd təsərrüfatının davamlı inkişafında əvəzolunmaz rol oynayan bitki genetik ehtiyatlarının qorunması, tədqiqi və istifadəsinə dair bilik və təcrübələrin paylaşılması, elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və yenilərinin qurulması ilə bağlı beynəlxalq elmi platformanın yaradılması, həmçinin Mirzə Göygöl irsinin tanıdılmasından ibarətdir.

Digər çıxış edənlər də bitki genetik ehtiyatlarının dəyərinə, bu ehtiyatların mühafizəsi və səmərəli istifadəsi ilə bağlı problemlərə diqqət çəkərək simpoziumun əsas müzakirə predmetlərini təşkil edən məsələlər – yerli və unudulmaqda olan sortların aşkar edilməsi, bərpası, eləcə də onların yabanı əcdad və qohum növlərinin toplanması, genbanklarda mühafizəsi, müasir molekulyar-genetik və bioinformatik texnologiyalar vasitəsilə səciyyələndirilməsi, məlumat bazalarının yaradılması kimi fəaliyyətlərin qlobal ərzaq təhlükəsizliyində dayanıqlılığın təmin olunması üçün olduqca zəruri olduğunu bildiriblər.

Plenar iclasda isə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Mirzə Göygölün bitki genetik ehtiyatları elminə verdiyi töhfələr”, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) təmsilçisi professor Fatih Özdemirin “TAGEM-in biomüxtəlifliyi qoruma strategiyaları”, Birmingem Universitetinin professoru Naycl Makstedin “Bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsində çətinliklər və imkanlar: irəliləmənin daha təkmil yolunu seçməyin vaxtı”mövzularında məruzələri dinlənilib. Həmçinin Tekirdağ Namık Kemal Universitetinin professoru Evren Cabi “Türkiyədə buğdanın yabanı qohumları”, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi Mesut Keser “Seleksiya prosesində yerli buğda sortlarının istifadəsi və onların fermer təsərrüfatlarında və seleksiya proqramlarında dəyişən statusu: Türkiyə nümunəsi” mövzusularında məruzələrlə çıxış ediblər. Məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Simpozium işini bölmə iclası ilə davam etdirib.

Qeyd edək ki, simpozium Genetik Ehtiyatlar İnstitutu, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun (ETAE) təşkilatçılığı, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun və AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri