Icma.az
close
up
RU
Azərbaycanın bitki genetik ehtiyatları bankı beynəlxalq platformaya inteqrasiya olunur

Azərbaycanın bitki genetik ehtiyatları bankı beynəlxalq platformaya inteqrasiya olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

“Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu və həmin qanunun icrası ilə bağlı Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu müvafiq sahədə Milli Əlaqələndirici İnstitut, yaratdıqları bitki genbankı isə Milli Genbank elan edilib, ona qorunan ərazi statusu verilib. Həmçinin qeyd edilən qanuna əsasən, institutda Azərbaycanın bitki genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazası fəaliyyət göstərməkdədir.

Hazırda ölkəmizdə bütün genetik ehtiyatlar Milli Genbankda toplanıb mühafizə edilir, onlara aid məlumatlar Mərkəzi Məlumat Bazasında qeydə alınır və onun idarə olunması Elmi-Texniki Şura tərəfindən həyata keçirilir.

Mərkəzi Məlumat Bazasının bitki genetik ehtiyatları üzrə beynəlxalq informasiya sistemlərinə inteqrasiyası və onlayn istifadə edilməsi həm bu ehtiyatların yerli və qlobal səviyyədə öyrənilməsi, səmərəli istifadəsi və mübadiləsi, həm də Azərbaycanın qiymətli və nadir brend nümunələr üzərində hüquqlarının tanınması baxımından böyük əhəmiyyət daşıyır.

Beynəlxalq informasiya şəbəkələrindən olan GRIN-Global Community Edition (GGCE) ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və aqrobiomüxtəlifliyin qorunması sahəsində qlobal təşəbbüsün bir hissəsidir. Sistem dünyanın onlarla ölkəsində tətbiq olunur və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Biomüxtəliflik İnstitutu və Mədəni Bitkilər üzrə Beynəlxalq Etimad Fondu kimi nüfuzlu təşkilatlar tərəfindən dəstəklənir. Qurumun əsas məqsədi toxum və vegetativ çoxaldılan nümunələrin qeydiyyatının, saxlanmasının və məlumat mübadiləsinin həyata keçirilməsidir.

Ölkənin bitki genetik ehtiyatlarının beynəlxalq standartlara uyğun idarə edilməsi məqsədilə Genetik Ehtiyatlar İnstitutunun müraciəti əsasında, GGCE sisteminin Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi və istismarının həyata keçirilməsi qərara alınıb.

İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, GGCE sistemi ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının davamlı inkişafı və biomüxtəlifliyin qorunması sahəsində qlobal əhəmiyyət daşıyan beynəlxalq informasiya platformasıdır. İnstitutun müasir texnoloji infrastrukturu sistemin yüksək əlçatanlığı, təhlükəsizliyi və optimal idarə olunmasını təmin edəcək.

Bu layihənin həyata keçirilməsi ilə Azərbaycanın yerli bitki kolleksiyalarının rəqəmsal qeydiyyatı və idarə edilməsi, beynəlxalq elmi əməkdaşlıq və yüksəksürətli məlumat mübadiləsində fəal iştirak, elmi məlumatların şəffaflığının və əlçatanlığının təmin edilməsi, ölkənin biomüxtəlifliyin qorunması üzrə beynəlxalq öhdəliklərinin həyata keçirilməsi məqsədlərinə nail olunacaq.

Layihənin uğurla reallaşdırılması üçün “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində xüsusi resurslar ayrılıb. Hazırda server infrastrukturunun beynəlxalq tələblərə uyğun konfiqurasiyası istiqamətində işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri