Icma.az
close
up
RU
Bitki genetik ehtiyatları mövzusunda Gəncədə beynəlxalq simpozium

Bitki genetik ehtiyatları mövzusunda Gəncədə beynəlxalq simpozium

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə Türkiyə və Azərbaycanın, eləcə də bütövlükdə türk dünyasının görkəmli alimi, kənd təsərrüfatı, dənli bitkilər və bitki genetik ehtiyatları sahəsində zəngin elmi irs qoymuş professor Mirzə Göygölün (1897-1981) xatirəsinə həsr olunmuş mötəbər simpozuim keçirilir.

525.az xəbər verir ki, simpozium Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (ETAE), həmin nazirliyin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi (TAGEM),  AMEA-nın Gəncə Bölməsi,  Azərbaycan Dövlət Aqrar Universiteti və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutur.

“II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” adlandırılan 4 günlük tədbir AR ETN Genetik Ehtiyatlar İnstitutu ilə qardaş Türkiyənin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu arasında uzunmüddətli əməkdaşlığın davamı kimi keçirilir.

Tam adı Mirzə Məşədi Yusif oğlu Hacızadə olan  Mirzə Göygöl (Türkiyədə Gökgöl) Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 nəfər tələbələrdən biri olub.

Mirzə Hacızadə 1915-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, sonra  Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxuyub. O, Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilinin davamı məqsədilə Almaniyanın Berlin Universitetinə göndərilib, lakin ali təsil aldıqdan sonra  bolşevik işğalına məruz qalmış Azərbaycana dönə bilməyib.

Mirzə Hacızadə 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə edərək,bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuş, İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmış, həmçinin ali məktəblərdə dərs demişdir. O, Türkiyədə özünə Vətən yanğısı simvolu kimi Gökgöl familiyası götürüb.

M.Hacızadə-Göygölün əksəriyyəti ali məktəb tələbələri üçün dərslik kimi də istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunub.

Azərbaycan mühacirətinin də tanınan ismlərindən olmuş Mirzə bəy görkəmli siyasi xadim Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla evli olub.

1968 və 1969-cu illərdə Azərbaycan mədəniyyətinin nəhəng simalarından olan böyük Maestro Niyazinin böyük əməyi sayəsində Mirzə Göygöl iki dəfə Azərbaycanda olub, Bakıda alimlərlə təcrübəsini bölüşüb, Gəncədə doğma yurdu və qohumları ilə görüşüb. 

Alimin adı şərəfinə Gəncə Bölməsinin böyük akt salonunda təşkil olunan canlı və onlayn formatlı  Simpoziumun açılış nitqində AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Azərbaycan və Türkiyə ilə yanaşı, Britaniya Birləşmiş Krallığı, Yaponiya, Pakistan, Qazaxıstan, Özbəkistan, Qığızıstan İran, Mərakeş, Livan və digər dövlətlərdən - 20-dən çox ölkəni, eləcə də bir sıra beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzlərini təmsil edən onlarla alim, tədqiqatçı və mütəxəssisin qatıldığını bildirib, qonaqları və bütün iştirakçıları səmimi salamlayıb və simpoziumun əsas məqsədlərinin qlobal ərzaq təhlükəsizliyinin təminatında, bioloji müxtəlifliyin qorunmasında və kənd təsərrüfatının davamlı inkişafında əvəzolunmaz rol oynayan bitki genetik ehtiyatlarının mühafizə olunması, tədqiqi və istifadəsinə dair bilik və təcrübələrin paylaşılması, elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və yenilərinin qurulması ilə bağlı beynəlxalq elmi platformanın yaradılması, həmçinin bu sahədə böyük xidmətləri olmuş Mirzə Göygöl kimi alimlərin  irsinin tanıdılmasından ibarət olduğunu vurğulayıb.

O, qeyd edib ki, tanınmış alimin şərəfinə anoloji problemlərin müzakirə edildiyi I Beynəlxalq Simpozium 2023-cü ildə Türkiyənin İzmir şəhərində böyük uğurla keçirilib.

Professor Zeynal Əkpərov həmçinin  müasir dövrdə artıq genetik ehtiyatların həm də milli təhlükəsizlik, diplomatik münasibətlər və iqtisadi sabitlik məsələsi olduğuna diqqət çəkib və bu baxımdan Gəncədə keçirilən II Simpoziumun yalnız elmi müzakirə platforması deyil, həm də “elmi diplomatiya”nın real təzahürü olduğunu və  tədbirin həmçinin 2024-cü ildə Bakıda böyük uğurla keçirilmiş COP29 Konfransında qəbul olunan qərarların, o cümlədən genetik ehtiyatların qorunması, qlobal iqlim dəyişmələrinə qarşı adaptiv mexanizmlərin yaradılması və “yaşıl inkişaf” prinsiplərinin həyata keçirilməsinin  məntiqi davamı olduğunu vurğulayıb.

O, həmçinin simpoziumda aparılacaq müzakirələrin regional genbankların koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, bitki genetik ehtiyatları sahəsində lokal məlumat bazalarının beynəlxalq sistemlərə inteqrasiyası, kadr hazırlığı, gənc tədqiqatçıların bu sahəyə cəlb olunması, genetik ehtiyatların mühafizə və səmərəli istifadəsi üzrə milli strategiyaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətlərində mühüm irəliləyişlərə töhfələr verəcəyinə inamını ifadə edib.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) direktoru Fatif Özdəmir çıxış edərək, qardaş ölkələrimiz arasında bütün sahələrə aid əməkdaşlığın günü-gündən daha da möhkəmlənməsinin qürur doğurduğunu bildirib. O, Türkiyə və Azərbaycanın kənd təsərrüfatı elminə böyük töhfələr vermiş Mirzə Göygölün irsinin işığında keçən bugünkü simpoziumun alimlərimizin yeni tədqiqatlarına fayda verəcəyinə inandığını qeyd edib. 

AMEA-nın Rəyasət Heyıtinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları salamlayıb və bu qədim şəhərdə doğulan Mirzə Göygölün adına təşkil olunan mötəbər elmi görüşün Gəncənin bu başlıca elm ocağında keçirilməsindən məmnunluq ifadə edib.

Akademik Fuad Əliyev Gəncədə bir neçə elmi-tədqiqat institutunun mövcud olması, o sıradan, ənənəvi olaraq,  bu şəhərin alimləri tərəfindən istər bitkiçilik, istərsə də heyvandarlıq sahələri üzrə əhəmiyyətli seleksiya tədqiqatlarının aparıldığına diqqət çəkib.

Akademik Fuad Əliyev simpozium iştirakçılarına AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını və bu elmi tədbirin işinə uğur arzularını çatdırıb.

Kənd Təsərrfatı Nazirliyinin şöbə müdiri Seymur Səfərli çıxışında qardaş ölkələr – Türkiyə və Azərbaycanın aqrar sahə üzrə çalışan elmi qurumlarının və tədqiqatçı alimlərin əməkdaşlığını yüksək qiymətləndirib.

Sonra beynəlxalq simpozium plenar iclasla öz işinə davam edib. AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Mirzə Göygölün bitki genetik ehtiyatları elminə verdiyi töhfələr ”, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) direktoru Fatif Özdəmirin “TAGEM-in biomüxtəlifliyi qoruma strategiyaları”, Birmingem Universitetinin (Birləşmiş Krallıq) professoru Nigel Maxtedin (Naycl Maksted) “Bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsində çətinliklər və imkanlar: irəliləmənin daha təkmil yolunu seçməyin vaxtı”, Tekirdağ Namık Kemal Universitetinin professoru Evren Cabinin “Türkiyədə buğdanın yabanı qohumları”, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) nümayəndəsi Dr. Mesut Keserin “Seleksiya prosesində yerli buğda sortlarının istifadəsi və onların fermer təsərrüfatlarında və seleksiya proqramlarında dəyişən statusu: Türkiyə nümunəsi”, eləcə də Minurə Yessinbekovanın “Qırğızıstanın cənub-qərbində buğdanın genetik müxtəlifliyinin ilkin seleksiya üzrə tədqiqatları”, Zafarjon Ziyayevin “Özbəkistanda bitki genetik ehtiyatlarının toplanması, qorunması, öyrənilməsi və istifadəsi”, Azihan Murzahanovanın “Qırğızıstan Respublikasının genetik bankında genetik ehtiyatların qorunması”, AMEA-nın Gəncə Bölməsi sədrinin müavini Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi yaradıcılığında Azərbaycanın bitki genetik zənginliyi”, Natsuo Kamotonun “Yaponiyanın NARO genetik bankı haqqında” və digər iştirakçıların aktual mövzularda məruzələri dinlənilib.

Çıxışlar ətrafında müzakirələr aparılıb.  Simpozium iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Fasilədən sonra simpozium öz işinə bölmə iclasları ilə davam edib.

Beynəlxalq simpozium öz işini avqustun 22-də yekunlaşdıracaq.

Simpoziumun davam etdiyi günlər ərzində iştirakçılar Gəncənin və ətraf bölgənin təbiət və tarixi abidələrində və digər əlamıtdar yerlərində olacaq, dahi Nizami Gəncəvinin Məqbərə Kompleksini və muzeyini ziyarət edəcəklər.

Zakir Muradov, Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri