Gəncədə “Kəpəz” “İmişli” dueli: ev sahibləri rəqibə hələ qol vurmayıb
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunda “Kəpəz” futbol komandası “İmişli”ni qəbul edəcək. Görüş 1 noyabrda saat 17:30-da Gəncə şəhər stadionunda başlayacaq.
İdman.Biz xəbər verir ki, matçı Elçin Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, İslam Məmmədov ehtiyat hakim olacaq. VAR hakimi Rəşad Əhmədov, AVAR hakimi Kərim Zeynalov, AFFA nümayəndəsi isə Eldar Məmmədovdur.
Azər Məmmədovun çalışdırdığı “Kəpəz” səkkiz oyunda 14 xal toplayıb və turnir cədvəlində altıncı pillədədir. Gəncə klubu rəqibindən bir oyun az keçirib. “İmişli” isə 10 xalla səkkizinci yerdədir.
Komandalar ölkə çempionatında indiyədək üç dəfə üz-üzə gəlib. “Kəpəz” bu görüşlərdə qalib gələ bilməyib: bir oyun heç-heçə bitib, ikisində “İmişli” qələbə qazanıb. Top fərqi 0-4-dür.
“Kəpəz” “İmişli”nin qapısına hələ qol vura bilməyib, qonaq kimi meydana çıxan komandalar isə bu qarşılaşmalarda qol buraxmayıb. Tərəflərin sonuncu görüşü bu ilin 19 aprelində Gəncədə keçirilib və “İmişli” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Kəpəz” əvvəlki turda səfərdə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib, “İmişli” isə evdə “Şamaxı”nı eyni hesabla üstələyib.
Baxış sayı:93
Bu xəbər 01 Noyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















