Icma.az
close
up
RU
Gəncənin yeni stadionu futbolsevərlərin istifadəsinə verilib

Gəncənin yeni stadionu futbolsevərlərin istifadəsinə verilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 29 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizin qədim şəhərlərindən biri olan Gəncə artıq yeni stadiona sahibdir. Şəhərdə inşa edilən böyük stadion müasirliyi və funksionallığı ilə seçilir. Ərazisi 10 hektardan çox olan arena 15 mindən artıq tamaşaçı tutumuna malikdir və bölgənin ən iri idman obyektlərindən biri hesab olunur.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, yeni stadion ilk böyük sınaqdan da çıxıb – burada Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının açılış mərasimi keçirilib. Gələcəkdə isə stadion həm futbol yarışlarına, həm də digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

O bildirib ki, stadionun ümumi ərazisi genişləndirilib, azarkeşlərin və idmançıların təhlükəsiz giriş-çıxışı üçün bütün şərait yaradılıb. Stadionun ətrafında yerləşən prospektlərdə isə geniş abadlıq işləri görülüb.

Stadion ərazisində əlavə məşq meydançaları və futbol akademiyası da inşa olunub. Futbolçular üçün soyunub-geyinmə otaqları, konfrans və tibb bölmələri, hakimlər və texniki heyət üçün xüsusi sahələr, həmçinin digər zəruri infrastruktur yaradılıb. UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun qurulan arena müasir işıqlandırma, səs, yayım, internet və təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, bu layihənin təməlinin qoyulmasından cəmi bir il sonra stadion tam hazır vəziyyətə gətirilib.

Regionlarda tikilən bu tip idman obyektləri son illərdə ölkədə idmanın inkişafına mühüm dəstək verir. Gəncənin yeni stadionu da həm yerli çempionat oyunlarının, həm də beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün geniş imkanlar açacaq. Bu isə həm şəhərin idman həyatını canlandıracaq, həm də gənclərin sağlam inkişafına əlavə stimul olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılışında iştirak edib. Sentyabrın 28-də III MDB Oyunlarının təntənəli açılış mərasimi bu məkanda baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri