Icma.az
close
up
RU
“Gənclər buna görə ateist və deist olur” İlahiyyatçıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA KONKRET

“Gənclər buna görə ateist və deist olur” İlahiyyatçıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ateizmin yayılması heç də elmin inkişafı, müasirliklə bağlı deyil. Təbii ki, bütün dövrlərdə inancla bağlı insanlıq müxtəlif mərhələlərdən keçib. Bəzən ateizm, deizm yaxud hansısa din siyasi quruluşlar tərəfindən ideoloji xətt seçildikdə də inkişaf edir. Məsələn, Sovet dönəmində kommunizmin əsas fəlsəfəsi, ideoloji xətti ateizm üzərində qurulmuşdu, 70 ildən artıq bu təbliğat davam etdi.”

Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib.

“Ona görə də keçmiş Sovet dövlətinin yerləşdiyi coğrafiyada hələ də insanların şüuraltı təfəkküründə bunun müəyyən izləri, təzahürləri var. Din düzgün təbliğ olunmayanda, dinin elmi, fəlsəfi, mədəni, əxlaqi yönlərinin əvəzinə mövhumat, xurafat, məzhəbçilik ayaq açıb yeriyəndə ziyalı, kübar təbəqə dindən uzaqlaşır. Əslində din yaxud dindar adı ilə formalaşmış bayağı, cahil güruhun sırasında durmaq istəmir. İnsanların ateistliyə, deizmə keçməsinin ilk səbəbi dini tam bilməmələri, mahiyyətini anlamamalarıdır. Elmi kəşfləri ilə dünyada tanınmış professor Rafiq Əliyev müsahibələrinin birində qeyd edib ki, mən Allaha inanmayan əsl alim tanımıram.”

İlahiyyatçı qeyd edir ki, bəziləri dindən uzaqlaşmanı, guya müasirləşmək, cəhalətdən xilas olmaq kimi qələmə verirlər. Bu, yanlışdır:

“Əslində bu gün elmin üzərində işlədiyi, bəşəriyyətə töhfə verdiyi bir çox amillər, mülahizələr dindən ruhlanır, din fəlsəfəsindən qaynaqlanır. Avropada Averroest kimi tanınan İbn Rüşd Əndəlusda (indiki İspaniya) fəlsəfə və tibblə məşğul olub, böyük nailiyyətlər əldə edib. Ancaq özü qazı, İslam hüquqşünası idi. Yaxud İbn Sina dini inancında qalaraq tibbdə, elmdə, böyük nailiyyətlər qazanıb. Gənclərin indiki dövrdə dindən üz çevirmələri Avropanın tərif etdiyi bayağı və müvəqqəti, keçici maddi dünya həzzlərinə olan həvəslə bağlıdır. Dinin dərinliyini bilən, dərk edən şəxs heç zaman İslamdan üz döndərmir. Sadəcə dini düzgün təbliğ etmək lazımdır.”

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri