Icma.az
close
up
RU
Namaza görə arvadını bıçaqladı: İslam buna nə deyir? İlahiyyatçıdan AÇIQLAMA

Namaza görə arvadını bıçaqladı: İslam buna nə deyir? İlahiyyatçıdan AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hər bir müsəlman Allaha inanır və ibadət edirsə, bu gözəl bir işdir. Amma başqasını buna məcbur etmək düzgün deyil. İslamda ailə başçısı öz ailəsindən məsuldur. Peyğəmbərimiz (s.ə.s) buyurub: “Siz bir çobansınız və ailənizdən məsuliyyət daşıyırsınız.” Burada məqsəd ailəni qoyuna bənzətmək deyil, çobanın qoyunlarını necə sevib qoruduğu kimi, insanın da ailəsini sevib qorumasıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
"Ailə başçısı həyat yoldaşının təminatı, namusu və ibadətindən məsuldur, lakin bunu zorla yox, izah və anlayışla etməlidir. Müasir Azərbaycanda əhalinin çoxluğu müsəlmandır, amma müxtəlif dini inanclara malik insanlar da var. Namaz Allahın insana verdiyi ən şəfqətli ibadətdir və bu ibadət zamanı zorakılıq qəti qadağandır".
O bildirib ki, Peyğəmbərimiz (s) qadınlara qarşı şiddəti yasaqlayıb: 
"Bir kişinin “namaz düzgün deyildi” bəhanəsi ilə şiddət tətbiqi ibadət deyil, öz nəfsini ucaltdığını göstərir. İmam Qəzali yazırdı ki, ibadət sevgi ilə müqəddəsləşir, qorxu ilə deyil. Peyğəmbərimiz (s) namazda səhv görsə belə, öyrədərkən təbəssüm edirdi. Şiddət göstərən heç kim dinə və namaza xidmət etmir, yalnız öz daxili qaranlığını ortaya qoyur. Namaz insanı çirkinlikdən çəkindirirsə, şiddətə yer qalmaz. Əgər insanın namazı onu dəyişdirmirsə, başqasına necə dərs verə bilər?
Belə hadisələr göstərir ki, din zorakılığın pərdəsi ola bilməz. Ailə içində ədalət, hörmət və mərhəmət islami həyatın əsasıdır. Şiddət isə həmin əsasa atılan baltadır. Din adına edilən şiddət Allahın və Rəsulun razı qalacağı bir davranış deyil.
Heç kim həyat yoldaşını namaza və ibadətə məcbur etməməlidir. Ona namazın gözəlliklərini izah edib, sevdirməli, amma məcbur etməməlidir".
Qeyd edək ki, Bakıda kişi həyat yoldaşını düzgün namaz qılmaması iddiası ilə bıçaqlayıb. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri