Icma.az
close
up
RU
Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı təşkil olunub AZƏRTAC

Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı təşkil olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında noyabr ayı ərzində məktəblilər üçün ekskursiyalar və oxu saatları təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, böyüməkdə olan gənc nəsildə mütaliəyə olan həvəsin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, oxu vərdişlərinin inkişafı və onların kitabxanalara cəlb olunması məqsədilə təşkil edilən bu tədbirlərdə 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin 175 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “İntellektual inkişaf” dərnəyinin üzvləri və 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəblilərə mütaliənin insan həyatında, onun gələcəkdə intellektual, savadlı bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışıb, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara kömək etdiklərini bildirib.

Oxu saatında məktəblilərə yerli və dünya ədəbiyyatı nümayəndələrinin əsərləri təqdim edilib. Kitabxananın əməkdaşları balaca ziyarətçiləri rəngarəng uşaq kitabları, jurnallar, kitab sərgiləri ilə tanış ediblər, kitabdan istifadə qaydalarını izah edərək hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışıblar.

Görüşdə Bakı şəhəri Yasamal rayonu 133 nömrəli tam orta məktəbin kitabxana müdiri Vüsalə Yusubova və 175 nömrəli tam orta məktəbin “İntellektual inkişaf” dərnəyinin rəhbəri Könül Əliyeva belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildiriblər.

Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri