Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb

Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani” adlı videomaterialda Seyid Əzim Şirvaninin gənclik illəri, mükəmməl təhsili, ilk yaradıcılıq nümunələri, pedaqogika və mətbuat sahəsindəki fəaliyyəti haqqında dolğun məlumat verilir, Şirvaninin poetik nümunələrdən ibarət lirika ilə yanaşı, eyni zamanda, yaradıcılığında realist satira dili ilə dövrün aktual məsələlərinə kəskin münasibət bildirən, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirən görkəmli şair olduğu diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şairin maarifçilik fəaliyyətindən bəhs olunaraq, ana dilində açdığı yeni üsullu məktəbin və 1878-ci ildə ibtidai sinif şagirdləri üçün tərtib etdiyi “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliyin Azərbaycan təhsili tarixində əlamətdar bir hadisə olduğu bildirilir. Materialda maarifçilik sahəsindəki xidmətlərinə görə layiq görüldüyü təltif və əsərlərinin dövlət varidatı elan olunması haqqında da məlumat verilir.

"Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani" adlı material kitabxananın rəsmi saytında yerləşdirilib.

Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasının rəsmi saytında “Seyid Əzim Şirvani - 190” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair və maarifçi haqqında dərc edilən materiallar toplanılır. Bu materiallarda istifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Gənclər Kitabxanasının sosial şəbəkə hesablarında mütəmadi olaraq Seyid Əzim Şirvaninin yaradıcılıq nümunələrindən ibarət paylaşımlar, məlumat xarakterli qısa tanıtım çarxları da istifadəçilərə təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri