Icma.az
close
up
RU
Gənclər niyə ailə qurmağa tələsmirlər?

Gənclər niyə ailə qurmağa tələsmirlər?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəmiyyətdə evliliklə bağlı müəyyən yaş həddi barədə düşüncələr daha geniş yayılıb.

Xüsusilə müəyyən yaşdan sonra insanlara "Niyə evlənmirsən?", "Gec qalırsan", "Artıq vaxtındır" kimi sualların verilməsi bəzən onların üzərində ciddi təzyiq yaradır.

Bəzi insanlar həqiqətən evliliyə hazır olub-olmadıqlarını düşünmədən, sadəcə yaşın keçdiyini və ətrafdakıların gözləntilərini nəzərə alaraq bir qərarı verirlər. 

"Gec qalıram” qorxusu ilə qurulan münasibətlər nə dərəcədə sağlam və davamlı olur?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, evlilik yaşı ilə bağlı cəmiyyətdəki təzyiq insanın qərarlarına ciddi təsir göstərə bilər:

"İnsan ətrafındakıların davamlı olaraq ailə qurmaqla bağlı sualları ilə qarşılaşdıqda bir müddət sonra özünü başqaları ilə müqayisə etməyə başlayır. Xüsusilə dostlarının, yaşıdlarının ailə qurduğunu gördükdə öz həyatında nəyinsə çatışmadığını düşünə bilər. Halbuki hər kəsin həyat yolu və ailə qurmağa hazır olduğu vaxt fərqlidir.

Bəli, bu təzyiq insanı yanlış seçimlərə sövq edə bilər. Bəzən insan qarşısındakı şəxsi həqiqətən sevdiyi, onunla həyat qurmaq istədiyi üçün deyil, tək qalmaqdan qorxduğu və yaşının keçdiyini düşündüyü üçün evlənməyə qərar verir. Hətta münasibətdə özünü rahat hiss etməsə də, zamanla hər şeyin düzələcəyinə ümid edir. Ancaq evlilik insanın bütün problemlərini həll etmir. Əksinə, əvvəldən mövcud olan uyğunsuzluqlar ailə həyatında daha ciddi problemlərə çevrilə bilər".

Onun sözlərinə görə, burada əsas məsələ insanın öz istəyini kənara qoymasıdır:

"Bəzən ailəni razı salmaq, ətrafın fikirlərindən uzaq olmaq və cəmiyyətin gözləntilərinə uyğun yaşamaq insan üçün şəxsi xoşbəxtlikdən daha vacib görünür. Amma nəticədə həmin qərarın məsuliyyətini də insanın özü daşıyır. Ətrafındakılar müəyyən müddət sonra bu məsələni unuda bilər, lakin insan seçdiyi şəxslə hər gün eyni həyatı paylaşır".

Psixoloq qeyd edib ki, digər tərəfdən, müəyyən yaşdan sonra ailə qurmaq istəyi də tamamilə normaldır:

"Əsas məsələ bu istəyin qorxudan qaynaqlanmamasıdır. İnsan özünə vaxt ayırmalı, qarşısındakı şəxsi tanımalı və onunla həqiqətən ortaq həyat qurmaq istəyib-istəmədiyini düşünməlidir. Evlilik üçün hamıya uyğun vahid yaş həddi yoxdur. Bir insanın erkən, digərinin isə daha gec ailə qurması onun həyatında geri qaldığı mənasına gəlmir.

İnsan evliliyə hazır olmadığı halda yalnız yaşına görə bu addımı atmamalıdır. Çünki ailə qurmaq sadəcə evlənmiş olmaq deyil, eyni zamanda məsuliyyət bölüşmək, çətinlikləri birlikdə həll etmək və qarşılıqlı anlayış göstərməkdir".

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri