Gənclər və idman naziri: “UFC turnirinin keçirilməsi Azərbaycan idmanının növbəti uğurudur”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“UFC turnirinin ölkəmizdə keçirilməsi Azərbaycan idmanının növbəti uğurudur”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Azərbaycanın ilk dəfə məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcəyinin xüsusi önəm daşıdığını bildirib: “Ölkə başçımız İlham Əliyevin apardığı siyasət nəticəsində Bakı şəhəri 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Növbəti il də bir sıra ənənəvi tədbirlər keçiriləcək. Onlardan biri də Formula-1 mərhələsidir. Bu yarışa ildən-ilə maraq daha da artır.
UFC də Azərbaycanda və dünyada populyardır. Yarışları izləmək üçün həm regiondan, həm digər ölkələrdən idman azarkeşləri Azərbaycana gələcək”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə UFC döyüş gecəsi iyunun 21-də "Baku Crystal Hall"da keçiriləcək.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















