Icma.az
close
up
RU
Gənclərə güvənən, gəncləri dəstəkləyən lider

Gənclərə güvənən, gəncləri dəstəkləyən lider

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Nərgiz Nağıyeva, 

Sumqayıt Gənclər Evinin direktoru

Müasir Azərbaycan gənci olaraq bu gün qürurla deyə bilərəm ki, ölkəmizin inkişaf strategiyasında gənclər sadəcə gələcəyin deyil, həm də bu günün əsas aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti gənclərin hərtərəfli inkişafını prioritet istiqamət kimi müəyyən edib və bu siyasətin real nəticələrini biz – gənclər – öz həyatımızda açıq şəkildə hiss edirik.

Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın dayanıqlı və intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Prezident İlham Əliyevin gənclərin bilikli, vətənpərvər, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi formalaşmasına yönəlmiş siyasəti uzaqgörən dövlət idarəçiliyinin bariz nümunəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünəinam, milli kimliyə bağlılıq və ölkənin gələcəyində fəal iştirak istəyi daha da güclənib.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə bütün sahələrdə davamlı sosial-iqtisadi inkişaf təmin olunub. Həyata keçirilən genişmiqyaslı islahatlar, sosial rifahı artıran dövlət proqramları, təhsil və insan kapitalına yönəlmiş investisiyalar gənclər üçün yeni imkanlar yaradıb. Müasir təhsil infrastrukturu, rəqəmsal texnologiyalara əsaslanan yeniliklər, elmi tədqiqatların və innovasiyaların dəstəklənməsi gənclərin bilik və bacarıqlarının inkişafına güclü təkan verir. Bu gün gənclər artıq yalnız bilik alan deyil, eyni zamanda yaradan, təşəbbüs göstərən və məsuliyyət daşıyan bir qüvvə kimi çıxış edirlər.

"Azərbaycan–2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də gənclərin rolu xüsusi yer tutur. Rəqabətli insan kapitalının formalaşdırılması, innovasiya mühitinin gücləndirilməsi və inklüziv cəmiyyətin qurulması birbaşa gənclərin fəal iştirakını tələb edir. Bu prioritetlər gənclərə göstərilən etimadın və onların gələcək inkişaf modelində əsas dayaqlardan biri olmasının göstəricisidir.

Vətən müharibəsində qazanılmış tarixi Zəfər isə Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, milli birliyinin və dövlətə sədaqətinin ən parlaq nümunəsi oldu. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də gənclərin öz liderinə, Prezident İlham Əliyevə olan inamının təcəssümü idi. Müzəffər Ali Baş Komandanın qətiyyəti, uzaqgörən siyasəti və xalqla birliyi nəticəsində Azərbaycan gəncliyi qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır.

Postmüharibə dövründə həyata keçirilən "Böyük Qayıdış” strategiyası da gənclər üçün yeni üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni universitetlərin, sənaye parklarının, yaşayış məntəqələrinin salınması gənclərin doğma torpaqlarda yaşaması, işləməsi və ölkənin inkişafına birbaşa töhfə verməsi üçün geniş imkanlar yaradır.

Bir gənc kimi əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin gənclərə yönəlmiş siyasəti bizə sadəcə dəstək vermir, həm də məsuliyyət yükləyir. Bu məsuliyyət ölkəmizin müstəqilliyini, suverenliyini və inkişafını qorumaq, onu daha da gücləndirmək məsuliyyətidir. Dövlətin gənclərə olan inamı bizim üçün ən böyük motivasiyadır.

Bu gün Azərbaycan gənci güclü dövlətin, qalib xalqın və aydın gələcəyin daşıyıcısıdır. Gənclərə güvənən Prezident, gənclərə arxalanan dövlət və inkişaf edən Azərbaycan – bu birlik ölkəmizin sabahının ən möhkəm təminatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri