Icma.az
close
up
RU
“Gənclərə tövsiyələr” kitabının təqdimatı keçirilib

“Gənclərə tövsiyələr” kitabının təqdimatı keçirilib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Gənclərə tövsiyələr” kitabının təqdimatını keçirib. Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələrinin nümayəndələri, qazilər, təhsil müəssisələrinin professor, müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev tədbirin açılışındakı çıxışında təqdim olunan kitab barədə fikir və düşüncələrini bölüşüb.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyaları sırasında gənclər siyasətinin xüsusi bir strategiya olduğunu diqqətə çatdıran direktor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu kursun uğurla davam etdirilməsi Azərbaycanda yenilməz Vətənpərvər gənclər ordusu formalaşdırıb. Bu reallıq 44 günlük vətən müharibəsində özünü aydın şəkildə göstərdi. Sonra Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının qərarı ilə əsasında Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədova verilən Fəxri Diplom direktor Yusif Alıyev tərəfindən millət vəkilinə təqdim olunub. Sonra fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev yeni nəşr olunan əsərlərini millət vəkilinə hədiyyə edib. Sonra Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı, “Green Start Academy Psixologiya” Təlim və İnkişaf Mərkəzinin dirketoru Valideyın məktəbi layihəsinin rəhbəri Aysel Rəsulzadə, Təhsil sahəsində böyük əməyi ilə həmişə seçilən, təhsil eksperti, təhsil ağsaqqalı Nadir İsrafilov, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, filialın müəllimi Rahib Sədullayevin çıxışları dinlənilib.

Filialın tələbələri Aynur Əliverdiyeva və Günəş İskəndərov vətən, zəfər, milli birlik mövzusunda şeirlər söyləyiblər. Milli Məclisin deputatı Ceyhun Məmmədov kitabın ərsəyə gəlməsi, Vətənimizin bütövlüyü və inkişafı prosesində Azərbaycan gəncliyinin üzərinə düşən şərəfli və məsuliyyətindən bəhs edib. Deputat əminliklə bildirib ki, Azərbaycan gəncliyi bundan sonra da müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində dövlətimizin keşiyində olacaq. İlahiyyətçi alim Ceyhun Məmmədov dərin məzmunlu çıxışından sonra tələbələri maraqlandıran sualları cavablandırıb. Filialın Akt zalında keçirilən imza saatında səmimi və maraqlı anlar yaşanıb. Pedaqoji Universitetinin Quba filialının tələbəsi Aysun Əliyevanın aparıcılığı ilə keçirilən imza tədbiri birgə foto çəkilməsi ilə yekunlaşıb.

Sabir Şahtaxtı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Mart 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri