Icma.az
close
up
RU
525 ci qəzet “Gənclərə Nəsihət” kitabının təqdimatı keçirilib

525 ci qəzet “Gənclərə Nəsihət” kitabının təqdimatı keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu gün Bakı şəhəri Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatları Ziyad Səmədzadə və Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, sədr müavini Günay Əkbərova və digər qonaqların iştirakı ilə Ceyhun Məmmədovun “Gənclərə Nəsihət” adlı kitabının təqdimat mərasimi keçirildi.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əziza Abasova qonaqları salamladı və maarifləndirici tədbirlərin gənclərin intellektual və mənəvi inkişafında oynadığı mühüm rolu vurğuladı.

Daha sonra müəllif Ceyhun Məmmədov kitab haqqında geniş məlumat verərək, onun gənclərə həyat yolunda istiqamət verəcək dəyərli tövsiyələrdən ibarət olduğunu qeyd etdi. O, kitabda toxunulan mövzuların gənclərin şəxsi və peşəkar inkişafına töhfə verə biləcəyini izah edərək, bu baxımdan mütaliənin əhəmiyyətini önə çəkdi.

Milli Məclisin deputatı, akademik və iqtisadçı Ziyad Səmədzadə çıxış edərək, gənclərin elmə və təhsilə yönəlməsinin vacibliyini vurğuladı və onların cəmiyyətin inkişafında əsas qüvvə olduğunu qeyd etdi.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə öz pedaqoji təcrübəsinə əsaslanaraq, gənclərə valideynlərinə və müəllimlərinə hörmət etməyi, təhsili daim prioritet kimi görməyi tövsiyə etdi.

İctimai Şuranın katibi Günay Əkbərova tədbirin təşkilatçılarına, müəllimlərə və iştirakçılara təşəkkür edərək, bu cür maarifləndirici layihələrin gənclərin intelektual inkişafına mühüm töhfə verdiyini bildirdi.

Tədbirin sonunda valideynlər və şagirdlər qonaqlara öz suallarını ünvanladılar. Gənclər kitabda qeyd olunan məsləhətlərin gündəlik həyata tətbiqi, uğur qazanma strategiyaları və gələcək perspektivlərlə bağlı suallar verərək müzakirələrə qoşuldular. Valideynlər isə övladlarının təhsili və şəxsiyyət kimi formalaşması mövzusunda qonaqların fikirlərini öyrənərək, bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğuladılar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri