Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Gənclərimizin xarici ideologiyaların təsiri altına düşməsinə imkan verməməliyik” Mehriban Vəliyeva

“Gənclərimizin xarici ideologiyaların təsiri altına düşməsinə imkan verməməliyik” Mehriban Vəliyeva

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənclərimizin yad, zərərli ideologiyaların təsiri altına düşməsi hər zaman ölkə rəhbərliyini, gələcəyimizi düşünən hər bir kəsi ciddi narahat edib. NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən,  beyinlərin yuyulmasına xidmət edən qrant proqramları, layihələr, soros xidmətləri ideoloji mübarizə vasitələridir. Cənab Prezident İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə bəzi gənclərin müəyyən xarici dairələr tərəfindən ələ alınması və dövlətçiliyimizə qarşı fəaliyyət göstərməsi haqqında ürək ağrısı ilə danışdı”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, dünyada gənclərə ən çox dəstək verən, ən çox layihə, proqram həyata keçirən Azərbaycan dövlətidir: “Azərbaycan dövlətinin gənclər siyasəti bir çox ölkələr tərəfindən öyrənilir, təqdir və tətbiq olunur. Gənclərimizin sağlam, savadlı və vətənpərvər ruhda formalaşması istiqamətində görülən işlər göz qabağındadır.

Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində gənclərimiz könüllü olaraq hərbi komissarlıqlara gələrək elan olunmuş qismən səfərbərliyə qoşuldular. Onlar müharibədə böyük qəhrəmanlıq, hünər göstərdilər, adlarını tarixə yazdılar. Bütün dünya Azərbaycan gənclərinin vətənpərvərliyinə, igidliyinə, döyüş bacarığına həsəd aparır. Bu gün müharibə gedən əksər ölkələrin gəncləri döyüşmək, öz vətənlərini qorumaq əvəzinə, müxtəlif bəhanələrlə ölkələrini tərk edib başqa yerlərdə sığınacaq axtarırlar. 

II Qarabağ müharibəsi zamanı Ermənistanda minlərlə, on minlərlə gəncin fərarilik etməsi faktdır. İllər boyu Azərbaycan dövlətinin apardığı gənclər siyasəti müharibə dövründə özünü doğrultdu. Ermənistandan fərqli olaraq, fərarimiz olmadı. Gənclər öz liderinin-Ali Baş Komandanın ətrafında birləşdi. Ancaq, təəssüflər olsun ki, az sayda olsa da, gənclərimiz arasında xarici ölkələrin təsiri altına düşən, yad, zərərli ideologiyalara xidmət edən, Azərbaycan dövlətinə qarşı çirkin sifarişləri yerinə yetirənlər də var. Cənab Prezidentin də qeyd etdiyi kimi, o gənclərin ideologiyasını Qərb dövlətləri və Qərb təşkilatları həyata keçirdikləri müxtəlif layihə və təlimlər nəticəsində korlayıblar. Məhz buna görə də dövlətimiz Qərbdən gələn qrantlara qadağa qoydu,  donor təşkilatların burada fəaliyyət göstərmələrinin qarşısını aldı. Ölkəmizə axıb gələn yad dini-ideoloji baxışların təsiri də az deyil. Yohan Vilhelm Snelmanın dili ilə desək: ” Gənclərin ruhunu  işlənməyən tarla kimi buraxsanız, orada tikanlar və gicitkanlar bitər”.

Azərbaycan Avropa İttifaqı ilə proqramların hamısını dayandırdıqdan sonra onlar öz çirkin niyyətlərini Gürcüstan üzərindən ölkəmizə qarşı həyata keçirmək istəyirlər.

Bəzi qeyri-hökumət təşkilarları, media qurumları Tbilisidən maliyyələşməklə anti-Azərbaycan fəaliyyətilə məşğul olurlar. Bəzən sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparan Ermənistan, Fransa kimi dövlətlərə pərəstiş edən çox az sayda olsa da, gənclərimizi görəndə dəhşətə gəlirsən. Kimsə onları inandırıb ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Makron və digərləri demokratdırlar, regionda sülh istəyirlər, biz isə buna imkan vermirik. Özlərinə gah liberal, gah novarçı (müharibə əleyhdarı), gah feminist adları qoyan gənclər də var. NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramlarına cəlb olunan bəzi gənclərin beyinlərini yuyub dövlətimizə, ölkəmizə qarşı qaldırırlar”.

Deputat qeyd etdi ki, hər bir ailə və hər bir təhsil müəssisəsi övladlarımızı azərbaycançılıq ruhunda böyütməlidir: “Azərbaycan gəncinin vətənpərvər, sağlam ruhlu, savadlı, aktiv, hansı ölkədə yaşamasından asılı olmayaraq, millətinin təəssübünü çəkən, milli dəyərlərə bağlı olması bizim görmək istədiyimiz azərbaycanlı gəncinin modelidir. Qərbin hər cür təhdidinə duruş gətirən ölkəmiz övladlarımızın manqurtlaşmasına imkan verməyəcək. Bunları nəzərə alaraq Avropa İttifaqı ilə proqramlar dayandırılıb, Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına nail ola bilməyəcəklər. Bütün bunlar dövlət səviyyəsində nəzarətdə saxlanır.

Cənab Prezident  hər çıxışında gənc nəslin tərbiyəsində  ailənin və məktəbin rolunu xüsusi vurğulayır.

Ümummilli lider Heydər Əliyevin dili  ilə desək: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi  gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Milli təhsilimizin vətəndaş tərbiyəsi məsələsi hər zaman olduğu kimi bu gün də vacib dövlət siyasətidir. Yeni dövrün çağırışları fonunda milli dəyərlərə sadiq, vətənpərvər gənclərin tərbiyəsi gələcəyimizin təminatı üçün vacibdir. Xaricdə təhsil almağın əleyhinə deyilik, ancaq xaricdə təhsil alanların da dövlətimiz, xalqımız qarşısında ən azından mənəvi öhdəlikləri var. Onlar dünyanın istənilən yerində Azərbycanı təmsil edərək vətənimizə, xalqımıza xidmət etməlidirlər ”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see250

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see224

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see188

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see153

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see146

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri