Icma.az
close
up
RU
Gənclərin dövlətə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndərin ideologiyasıdır

Gənclərin dövlətə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndərin ideologiyasıdır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Vətənpərvərlik, milli dəyərlərin qorunması və gənclərin dövlətə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biridir. Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir" fikri onun gənclərə verdiyi dəyərin və etimadın göstəricisidir. Bu ideologiya əsasında gənclərin milli dəyərlərə, vətənpərvərlik ruhuna və dövlətçilik prinsiplərinə sadiq bir nəsil kimi formalaşdırılması təmin edilmişdir.

Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi bu istiqamətləri daha da inkişaf etdirərək, Azərbaycan gənclərinin dövlətin aparıcı qüvvəsinə çevrilməsi üçün genişmiqyaslı siyasət həyata keçirmişdir. Onun rəhbərliyi ilə gənclərin savadlı, vətənpərvər və kreativ kadr kimi yetişdirilməsi üçün təhsil, mədəniyyət və sosial proqramlar genişləndirilmişdir. İlham Əliyevin 2 fevral 2022-ci ildə söylədiyi "Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq... Gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar" fikri bu siyasətin mahiyyətini ifadə edir.

Gənclər siyasəti aşağıdakı istiqamətləri əhatə edir:

1. Gənclərin potensialının reallaşdırılması: Təhsil və mədəniyyət proqramları vasitəsilə onların peşəkar və şəxsi inkişafına şərait yaradılır.

2. Vətənpərvərliyin təşviqi: Gənclər milli kimliklərinə və dəyərlərinə sadiq, dövlətə bağlı bir nəslə çevrilir.

3. Sosial dəstək və təminat: Gənc ailələrin sosial təminatı, yeni iş yerlərinin yaradılması və sosial müdafiə tədbirləri onların rifahını artırır.

Azərbaycan gəncləri 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqla vətənpərvərlik ruhunun ən yüksək səviyyəsini nümayiş etdirdilər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə fədakarlıq nümunəsi göstərdilər.
Hərbi əməliyyatlarda iştirak edən gənclərimiz öz iradələri, cəsarətləri və peşəkarlıqları ilə düşmənə qarşı qətiyyətli mübarizə apardılar. Onların göstərdiyi şücaət nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdi. Müharibədə iştirak edənlər sırasında çağırışçılar, könüllülər və hərbçi peşəsini seçmiş minlərlə gənc yer alırdı. Bu, dövlətin həyata keçirdiyi vətənpərvərlik təbliğatının və gənclər siyasətinin uğurlu nəticəsi idi.

Vətən müharibəsindən sonra da gənclərin rolu yalnız hərb sahəsində deyil, həmçinin azad edilmiş torpaqların bərpası və yenidən qurulması prosesində ön planda olmuşdur. Onlar mühəndislik, memarlıq, kənd təsərrüfatı və digər sahələrdə fəal iştirak edərək Qarabağın dirçəldilməsinə töhfə verirlər.

Bu gün Azərbaycan gəncləri özünəinamlı, savadlı və vətənpərvər bir nəsil kimi həm ölkənin daxilində, həm də beynəlxalq səviyyədə mühüm rol oynayır. Gənclər siyasətinin uğurlu tətbiqi onların dövlətin inkişafında əsas qüvvəyə çevrilməsini təmin etmişdir.

Dövlətin gənclərə verdiyi dəstək, onların sosial, iqtisadi və mədəni həyatda daha fəal rol oynamasını şərtləndirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan gəncliyi yalnız indiki dövrün deyil, gələcəyin də təminatçısıdır. Bu gənclik həm vətənpərvərlik ruhu ilə yaşayır, həm də ölkənin iqtisadi, sosial və mədəni inkişafına mühüm töhfələr verməkdə davam edir.

Beləliklə, Azərbaycan gəncləri həm Heydər Əliyevin ideologiyasını, həm də İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasəti ən yaxşı şəkildə təmsil edir və dövlətin inkişafında əsas qüvvə kimi çıxış edirlər.

Azər Kərimli

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri