Icma.az
close
up
RU
Gəncləşən Premyer Liqamız Məqsədlidir, yoxsa təsadüfi?

Gəncləşən Premyer Liqamız Məqsədlidir, yoxsa təsadüfi?

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında bu həftəsonu baş tutacaq oyunlardan sonra marafonun təxminən üçdəbir hissəsi geridə qalacaq. 14 turdan sonra "Qarabağ"ın lider mövqeyində qərarlaşması sürpriz deyil. Hərçənd, ağdamlılar çempionatın startından bu yana zirvədə "oturmayıb". "Turan Tovuz" ilə "Araz-Naxçıvan" ara-sıra 1-ci yeri ələ keçirib "köhlən atlar"ın isti yerini soyudub. Bu mənada Premyer Liqaya rəng qatıldığını deyə bilərik. Baxmayaraq ki, sürpriz iddialıların ortaya çıxması, əvəzində "Zirə", "Sabah" və "Neftçi"nin karvandan geri qalması rəqabətə xələl gətirir. Bu fonda çempionatda bir neçə baş məşqçi dəyişikliyi diqqət çəkir. Diqqət çəkəcəyimiz tendensiya isə yeni təyinatlar zamanı gənclərə üstünlük verilməsidir. Bir sözlə, Premyer Liqamız gəncləşib...

Klubların yarısı dəyişikliyə əl atıb 

14 tur ərzində artıq 10 komandadan 5-də, başqa sözlə, yarısında baş məşqçi dəyişikliyi reallaşıb. "Kəpəz" Adul Şükürovla, "Neftçi" Roman Qriqorçukla, "Sumqayıt" Samir Abasovla, "Səbail" Şahin Diniyevlə və nəhayət, "Sabah" Krunoslav Renduliçlə yolunu ayırıb. Əslində, bu istefaların hər biri məntiqlidir. İlk istefa 4-cü turdan sonra baş verdi ki, Gəncə təmsilçisi ötən mövsüm komandanı elitada saxlayan Adil Şükürovun builki məğlubiyyətlərini, qol və xal hesabını aça bilməməsini ona bağışlamadı. Şükürovu ötən mövsümün gedişində "Araz-Naxçıvan"dan ayrılan Azər Bağırov əvəz etdi.
Roman Qriqorçukun "Neftçi"dən, Samir Abasovun "Sumqayıt"dan gedişi eyni vaxta təsadüf etdi. Birinci dövrədən dərhal sonra göndərilən ukraynalı mütəxəssis 9 tur ərzində qələbə qazana bilmədi. "Ağ-qaralar" Qriqorçukun yerinə sabiq çalışdırıcısı Samir Abasova elçi düşdülər ki, belədə o, "Gənclik şəhəri" təmsilçisindən ayrılmağa qərar verdi. 


"Sabah"la "Səbail" isə məşqçilərinə ikinci dövrəyə başlamaq şansı verdilər. Ancaq Şahin Diniyevin Tovuzda "Kəpəz"ə məğlubiyyəti rəhbərliyin "səbr kasası"nı daşıran son damla oldu. Belədə komandanın elitanı tərk etmək riski böyüdü. "Səbail" rəhbərliyi Diniyevi "Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi olan Cavid Hüseynovla əvəzlədi.
 Renduliç isə "Sabah"ın qələbəsiz seriyasına son qoya, komandanı qara zolaqdan çıxara bilmədi və belədə istefası qaçılmaz oldu. Belədə paytaxt klubu ən uğurlu məşqçisi Murad Musayevin vətəninə boylaaraq yenə rusiyalı mütəxəssislə anlaşdı. Vasili Berezutski qarşıdakı 2,5 il ərzidə "bayquşlar"a başçılıq edəcək.     

İstefalardan sonra yaş ortalaması 6 il aşağı düşüb

Qeyd etdiyimiz kimi, məşqçi dəyişikliklərində qocaların cavanlarla əvəzlənməsi tendensiyası müşahidə olunur. Mövsümün startında baş məşqçilərin ortalama yaşı 51 yaş yarım idisə, hazırda bu rəqəm 45,3-ə bərabərdir. Başqa sözlə, məşqçilərin yaş göstəricisində 6 il gəncləşmə baş verib.   


Mövsümün startındakı yaş göstəricisi:   

Kurban Berdiyev - 72 yaş
Roman Qriqorçuk - 59 yaş
Şahin Diniyev - 58 yaş
Qurban Qurbanov - 52 yaş
Krunoslav Renduliç - 51 yaş  
Adil Şükürov - 47 yaş
Samir Abasov - 46 yaş
Elmar Baxşıyev - 44 yaş
Ayxan Abbasov - 44 yaş
Rəşad Sadıqov - 42 yaş

Orta hesabla: 51,5 yaş   

Hazırki yaş göstəricisi: 

Kurban Berdiyev - 72 yaş
Qurban Qurbanov - 52 yaş
Samir Abasov - 46 yaş
Elmar Baxşıyev - 44 yaş
Ayxan Abbasov - 44 yaş
Rəşad Sadıqov - 42 yaş
Vasili Berezutski - 42 yaş
Azər Bağırov - 40 yaş 
Cavid Hüseynov - 36 yaş
Vaqif Cavadov - 35 yaş 

Orta hesabla: 45,3 yaş

Yaşlı məşqçi ordusuna etimad tükənib?

Faktdır ki, Azərbaycan Premyer Liqasında çalışan yerli mütəxəssislər arasında yaşı 50-dən yuxarı olan yalnız Qurban Qurbanovdur. Hərçənd, o da yaşlı nəslin nümayəndəsi deyil. Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Vaqif Sadıqov, Yunis Hüseynov ("Turan Tovuz"da köməkçidir), Nazim Süleymanov, Tərlan Əhmədov, Yaşar Vahabzadə kimi təcrübəli mütəxəssislər ola-ola, Cavid Hüseynov, Vaqif Cavadov, Rəşad Sadıqov, Azər Bağırov və digər gənclərin şans qazanması özlüyündə sual doğurur: yaşlı nəslə etimad tükənib, yoxsa klublarımız müasir dünya ilə ayaqlaşmaq xətti götürüb?  




Yaşlı nəsildən imtina edilib gənc məşqçilərə şans verilməsini məqsədli, düşünülmüş, yeni kursa keçid kimi izah etmək çətindir. Amma istənilən halda, Azərbaycan Premyer Liqasında gənc məşqçilərin sayının artması bir neçə vacib istiqamətdə perspektiv vəd edir. Bu, həm ölkə futbolunun inkişafı, həm də yeni yanaşmaların tətbiqi baxımından əhəmiyyətli bir tendensiyadır.
Gənc məşqçilər, adətən, müasir futbolun tələb etdiyi texniki-taktiki yenilikləri və texnologiyadan istifadəni daha yaxşı mənimsəyirlər. Onlar futbol analitikası, performans izləmə proqramları və elmi əsaslı məşq sistemlərindən istifadə etməklə komandalara fərqli baxış gətirirlər. 

Gənc məşqçi enerji və müasirliklə ayaqlaşmaq deməkdir 

Həm də futbolçu "şinel"ini yeni soyuqnduqları üçün futbolçuları daha yaxşı hiss edə, təxminən öz yaşıdlarının nə istədiklərini anlaya bilirlər. Onlar adətən öz karyeralarında ehtiyac duyduqları, lakin ala bilmədikləri dəstəyi başqalarına göstərməyə daha meylli olurlar. Bu, gənc futbolçular üçün yeni imkanlar yaradır:

* Akademiyadan gələn oyunçulara üstünlük verilməsi və onların əsas heyətə cəlb olunması.
* Təcrübəli legionerlərin yanında gənclərin inkişaf etməsi üçün balanslı komanda qurulması.

Bundan başqa, məsələyə psixoloji-müqayisəli yanaşsaq, belə çalışdırıcılar yaşlı nəslə uduzmağı özünə ayıb bilmirsə, öz həmyaşıdından geri qalmağı həzm etmək istəmir. Belədə, gənc məşqçilərin meydana atılması ilə Premyer Liqada daha kəskin rəqabət yarada bilər.     

Gənc məşqçilərin artması perspektiv baxımından təqdir olunsa da, müəyyən çətinliklər də qaçılmaz ola bilər: 

* Təcrübə azlığından irəli gələn səhvlər
* İdarəetmə və təzyiqə dözümlülük baxımından çatışmazlıqlar

Bundan başqa, yeni çalışdırıcılardan Cavid Hüseynov və Vaqif Cavadovun Pro kateqoriyalı lisenziyası yoxdur. Halbuki, Premyer Liqada baş məşqçi kimi çalışmaq üçün yüksək lisenziyanın olması şərtdir. PFL hələ onlara möhlət verib. Yeri gəlmişkən, "Sabah"ın yeni baş məşqçisi Vasili Berezutski 42 yaşının olmasına rəğmən, UEFA-nın Pro kateqoriyasını əldə etməyə imkan tapıb.  

AFFA və ya klublar gənc məşqçilərə xaricdə təcrübə proqramları təşkil etməli və onların peşəkar inkişafına dəstək olmalıdır. Mentorluq proqramları da faydalı ola bilər. Nəticə etibarilə, Azərbaycan Premyer Liqasında gənc məşqçilərin çoxalması, əgər sona qədər dəstəklənərsə, ölkə futbolu üçün bir dönüş nöqtəsi ola bilər. Bu tendensiya həm liqanın səviyyəsini yüksəldəcək, həm də gələcəkdə Azərbaycan futbolunun dünya səhnəsində daha yaxşı təmsil olunmasına şərait yaradacaq.

Mirağa Mirzəyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri