Icma.az
close
up
RU
“Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür” Ayxan Abbasov İdmanXəbər

“Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür” Ayxan Abbasov İdmanXəbər

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Çətin səfər idi, yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bilirdik ki, son matçlarda “Sabah” qələbələri sıralayır. Biz də yaxşı hazırlaşmışdıq. Futbolçularımın göstərdiyi performans bizi sevindirdi.Təəssüf edirəm ki, qol epizodlarını dəyərləndirə bilmirik. Çempionatın başlanğıcından 100 faizlik qol epizodlarını qaçırırıq. Amma bunun üzərində çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Vacib xal qazandıq. Gələcəyə baxacağıq”. 

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Mübahisəli epizodları izlədiz?

– Düzünü deyim, təkrara baxmadım. Oyunun tempi yaxşı idi. Baş hakim də mübarizəyə bir az imkan verirdi. Mərkəzdə 1-2 epizodlar oldu ki, xırda foullardır. Bu da olur. Meydançadakı hər şeyə onsuz da, reaksiya veririk. Yəqin ki, VAR-da baxırdılar. Mən baxmamışam, heç nə deyə bilmərəm.

– Rüfət Abbasov bu gün vinger kimi oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiz?

– Bu gün sistem sırf rəqibə görə idi. “Sabah”ın yaxşı hücumları var. Rəqibə görə sistemi dəyişmişdik. Rüfətə bir az da inam gəlməsi üçün hücumda oynatdıq. Birinci hissədə yaxşı idi, sonra o da yoruldu. Rüfət universal oyunçudur. Bəlkə gələcəkdə sağ cinahda da oynatdıq.

– Demək olar ki, “Sabah”ı daha yaxşı tanıyırsız…

– Bu mövsüm onlara uduzmuşduq. Ötən mövsüm maraqlı keçmişdi. “Sabah”ın baş məşqçisi indi fərqli adamdır. Bəlkə “Sabah” bizdən bu sistemi gözləmirdi. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır. Biz də hansısa məqamda təəccübləndirmək istədik. Ola bilərdi ki, alınmasın. Məşqçisənsə, risk etməlisən. Ən sevindiyim odur ki, futbolçular tez qəbul edirlər. “Sabah” yaxşıdır, bu mövsüm daha rəngarəng oynayırlar.

– Legioner limitinin ləğvindən sonra futbolun keyfiyyətinin artacağı deyilirdi. Amma meydanda bu keyfiyyət görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb? 

– Bizim liqa çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Bəlkə baxmırsız, amma biz bir çox liqalara baxırıq. Məsələn, Xorvatiya, Serbiya kimi çempionatlara baxırsan, bəzən oyunda heç iki korner olmur. Əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.

– Hazırkı temp, çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?

– Bilmirəm temp necə görünür. Bu oyunun göstəricilərini bilmirəm. Oyunun təmiz necə keçdiyinə baxmalıyıq. Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. “Qarabağ”la oyunumuz təmiz 60 dəqiqə oynanılmışdı. Çox yüksək temp idi, artırmalıyıq. Amma çempionatın tempi artanda milli də yaxşılacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyətin üzvüdür. Biz rəqabəti də artırmalıyıq. (Sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 23 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri