Icma.az
close
up
RU
Gəncləşən xəstəlik: demans

Gəncləşən xəstəlik: demans

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hər nə qədər yeni xəstəliklərdən olduğu düşünülsə də, əslində, Demans (ağıl zəifləməsi) xəstəliyinin tarixi çox qədim dövrlərə gedib çıxır. Sadəcə, tibb elmi xəstəliyin diaqnostik meyarların müəyyənləşməsini 19–20-ci əsrlərdə edib. Qədim yunan və Roma dövrlərində Hipokrat və Qalen kimi həkimlər yaşlı insanların xəstəliklərini dəyərləndirəndə "ağılın zəifləməsi" halları barədə qeydlər aparıblar. Bu xəstəlik kimi yox, yaşla əlaqəli vəziyyət kimi qəbul edildiyi üçün çox əhəmiyyət verilməyib. Demans kimi bir xəstəliyin qəbul edilməsi ilk dəfə fransız psixiatr Jean-Etienne Esquirol tərəfindən təsdiq edilib. Psixiatr demansı zehni zəiflik kimi təsvir edib və onu ruhi xəstəliklər siyahısına daxil etməyib.

1906-cı ildə alman psixiatr Alois Alzheimer 51 yaşlı Auquste Deter adlı qadında qeyri-adi yaddaş itkisi və davranış dəyişiklikləri müşahidə edir. Qadının ölümündən sonra beynində amiloid lövhələr və neyrofibrilyar dolaşıqlar aşkar edilir. Bu vəziyyət sonradan onu kəşf edən həkimin şərəfinə Alzheimer xəstəliyi adlandırıldı və tibbdə demansın ən yayılmış forması kimi tanındı.

20-ci əsrdə demans yaşlılıqla əlaqəli ümumi zehin zəifləməsi kimi deyil, patoloji bir vəziyyət kimi qəbul olunmağa başladı. 1980–1990-cı illərdə beyin görüntüləmə texnologiyalarının inkişafından sonra demansın səbəbləri və formaları daha dəqiq öyrənildi. Bu gün demans xəstəliyi qlobal səhiyyə problemi kimi tanınır. Hazırda dünyada 55 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Tibb elminin bu sahədə apardığı araşdırmalar əsasən profilaktika, erkən diaqnoz və gecikdirici müalicə üsullarına yönəlib.

Demans beyin hüceyrələri zədələndikdə inkişaf edən zehni pozğunluqdur. Bu xəstəlik yaddaş, dil, qərar qəbul etmə və davranış kimi zehni funksiyaların itirilməsinə səbəb olur. Ən çox müşahidə edilən növləri Alzheimer, damar demansları, Lewy bədən demansları və frontotemporal demanslardır.

Demansın simptomlarına unutqanlıq, orientasiya pozuqluğu, ünsiyyət problemləri və şəxsiyyət dəyişiklikləri daxildir. Diaqnoz üçün nevroloji müayinə, testlər və diaqnostik tibbi cihaz üsullarından istifadə edilir. Müalicə simptomları aradan qaldırır, həyat tərzi dəyişiklikləri və psixososial dəstək həyat keyfiyyətinin yaxşılaşdırılmasında effektiv olur. Erkən diaqnoz müalicə prosesi üçün olduqca vacibdir.

Demans gündəlik həyata müdaxilə edəcək qədər şiddətli idrak funksiyasının itirilməsidir. Bu qocalma prosesi iklə əlaqəli deyil və müxtəlif yaşlarda müşahidə edilə bilər. Demansın ən çox yayılmış növü Alzheimer xəstəliyidir, adətən qısamüddətli yaddaş itkisi ilə başlayır və dil və düşüncə kimi digər idrak funksiyalarını sıradan çıxarır. Bu xəstəlik adətən yaddaş itkisi, xüsusilə də son hadisələrin unudulması ilə özünü büruzə verir. Söz tapmaqda çətinlik və ya söhbət zamanı hər şeyi unutmaq kimi ünsiyyət problemləri də tez-tez rast gəlinir.

Əvvəllər dəfələrlə olduğu yerlərdə yolu itirmək, günün saatlarını qarışdırmaq, ən doğmalarını belə xatırlamamaq demansın əlamətləridir. Ani əhval dəyişikliyi, depressiya və ya narahatlıq kimi davranış və şəxsiyyət dəyişiklikləri də demansın əlamətləri ola bilər. Bu simptomlar demansın növündən və onun inkişaf dərəcəsindən asılı olaraq dəyişə bilər. Bununla belə, erkən diaqnoz xəstəliyin simptomların idarə edilməsində və müvafiq dəstəyin təmin edilməsində böyük əhəmiyyət kəsb edir.

Əgər ən son hadisələri unutmaq kimi yaddaş itkisi varsa, ünsiyyət zamanı söz tapmaqda çətinlik çəkirsinizsə, ani qərarlar qəbul edirsinizsə, tarixlər, günün saatları, tanıdığınız yerləri unutma kimi hallar yaşayırsınızsa, heç vaxt etməyəcəyiniz hərəkətlər edirsinizsə, ani əhval dəyişikliyi, depressiya və ya narahatlıq yaşayırsınızsa, gündəlik vərdişlərinizi yerinə yetirməkdə çətinlik çəkirsinizsə, əşyaların yerini xatırlaya bilmirsinizsə, sosial fəaliyyətlərə və ya hobbilərə marağınız itirsə, yuxusuzluq və ya yuxu pozğunluğu halları varsa, halüsinasiyalar görürsünüzsə demansdan şübhələnə bilərsiniz.

Demans yalnız qoca xəstəliyi deyil, kifayət qədər gənc və orta yaşlı insanlar da bu xəstəlikdən əziyyət çəkə bilər. Gənc yaş demensiyası adətən 65 yaşdan aşağı şəxslərdə də demans rastlanması mümkündür. Gənc yaşlarda demansın simptomları yaşlı insanlarda olduğu kimi olsa da, bəzi fərqlər var. Gənclərdə demans, adətən, yavaş-yavaş irəliləyir və ilk vaxtlarda fərqinə varmaq çətin ola bilər.

Gənc yaşda demans əlamətləri yaddaş problemləri ilə başlayır. Xüsusilə qısamüddətli yaddaşda pozğunluqlar, vacib görüşləri və ya söhbətləri unutmaq əsas əlamətlərdir. Konsentrasiya çətinlikləri olur, işə diqqət yetirməkdə çətinlik yaşayırlar. Ən yaxşı natiq olsa belə, bir insan gənc yaşda demansa yaxalansa danışdığı zaman söz tapmaqda çətinlik, cümlələri tamamlaya bilməmək kimi problemlərlə üzləşir. Planlaşdırma və qərar qəbul etməkdə çətinlik də demans əlamətlərindən biridir. Gündəlik işləri təşkil edə bilməmək, əvvəl asan olan işləri mürəkkəb olaraq qəbul etmək, əsassız qəzəblənmək, sosial həyatdan uzaqlaşmaq, depressiya, ani hərəkət və qərarlar da demansdan xəbər verir. Zamanla əvvəllər heç bir problemi olmayan bəzi əzaların öz funksiyasını yerinə yetirə bilməməsi halları müşahidə edilir.

Demansın yaranma səbəbi beyin hüceyrələrinin zədələnməsi və ya hüceyrələrin ölümü nəticəsində beyin bölgələrinin normal işləyə bilməməsidir. Demansa səbəb beyində amiloid plakaları və tau zülallarının yığılması, beyin hüceyrələrinin bir-biri ilə əlaqəni itirməsi və tədricən ölməsidir. Beyinə qan axını azalır, beyin toxuması zədələnir. Bəzi hallarda kəllə-beyin travması, qaraciyər və böyrək çatışmazlığı, beyin iltihabı, qidalanma pozğunluğu (B12 vitamini çatışmazlığı), alkoqolizm və ya narkotik maddə asılılığı, HİV/AIDS və ya digər infeksiyalar da demansa səbəb ola bilər.

Tibb elmi beyini demansdan qorumaq üçün ən yaxşı məşğuliyyətin kitab oxumaq olduğunu deyir. Çünki kitab oxumaq, eləcə də şahmat oynamaq, yeni dil öyrənmək, krosvord həll etmək kimi məşğuliyətlər beyin neyronlarını stimullaşdırır və bu məşğulluq demansın başlanmasını gecikdirir. İdmanla məşğul olmaq, üzmək, velosiped sürmək beyinə qan axınını sürətləndirir deyə deman riski ortadan qalxır. Yüksək təzyiq, xolestroldan qorunmaq da bu xəstəlikdən sığortalaya bilər. Alkoqoldan, narkotikdən uzaq durmaq, yaxşı yatmaq demansdan müdafiə olunmaq deməkdir. Dövrün ən ciddi problemlərindən biri olan ünsiyyətsizlik, sosial həyatdan təcris olmaq demans üçün riskdir, ona görə də yaxşı sosial həyat yaşamaq, ünsiyyətdə olmaq lazımdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see214

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see193

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see186

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see186

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see184

Qadınlara hücum edən MMA döyüşçüsü klubdan qovdu FOTO/VİDEO

17 May 2026 14:06see181

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

18 May 2026 00:31see180

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

17 May 2026 04:58see178

Aviaşouda qırıcılar toqquşdu

18 May 2026 04:48see176

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

17 May 2026 04:55see175

Premyer Liqa: Mançester Yunayted 3 xalı 3 qolla qazandı

18 May 2026 00:53see174

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

18 May 2026 09:53see170

Çuğundur şirəsinin qadın sağlamlığına faydaları

17 May 2026 08:43see163

Qadınlarda istəyi qoruyan 6 gizli faktor açıqlandı

18 May 2026 03:21see163

Tezliklə İstanbula qayıda bilər

17 May 2026 23:58see161

Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir

16 May 2026 23:46see158

Avroviziya 2026 nın qalibi bəlli oldu

17 May 2026 03:01see158

Çatlayan dabanlardan belə qurtulun

18 May 2026 01:03see154

Fidan Əraqçi ilə müzakirə apardı

18 May 2026 03:20see153

“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu

17 May 2026 23:06see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri