Icma.az
close
up
RU
GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Superfudlar siyahısında çoxdan yer alan qaragilə indi də vaxtından əvvəl qocalmaya qarşı mübarizə kimi ön plana çıxır. Onun tərkibindəki maddələr sərbəst radikalları — oksidləşdirici stress yaradan və yaşla bağlı xəstəliklərin əsas səbəblərindən biri sayılan qeyri-sabit molekulları neytrallaşdırır. 
Bizim.Media xəbər verir ki, koreyalı alimlər onlarla araşdırmanı təhlil edərək belə nəticəyə gəliblər ki, təkcə giləmeyvələrin deyil, qaragilə yarpaqlarının tərkibində olan birləşmələr də hüceyrə qocalmasının əsas mexanizmlərinə qarşı təsir göstərə bilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: bu bitkidən istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Antosianlardan hüceyrə gəncliyinə doğru
Cənubi Koreyanın Dankuk Universitetinin mütəxəssisləri “Nutrients” jurnalında dərc olunmuş geniş icmalda qaragilənin (Vaccinium myrtillus) kimyəvi tərkibi ilə bağlı məlumatları sistemləşdiriblər. Araşdırmanın əsas diqqət mərkəzində onun qocalma proseslərinə təsiri olub.
 

Qaragilənin tərkibindəki əsas maddə antosianlardır. O, giləmeyvəyə dərin mavi-bənövşəyi rəng verən piqmentlərdir. Bu maddələr güclü antioksidant təsirə malikdir. Onlar hüceyrələri zədələyən, oksidləşdirici stress yaradan sərbəst radikalları zərərsizləşdirir. Koreyalı alimlərin nəzərdən keçirdiyi doklinik və ilkin klinik tədqiqatlara görə, qaragilə ekstraktları oksidləşdirici stress və iltihabla mübarizə apara, dəri sağlamlığını yaxşılaşdıra və orqanizmdə yaşa bağlı patologiyaları ləngidə bilər.


Araşdırmalarla məlum olub ki, qaragilə yalnız göz sağlamlığı üçün faydalı giləmeyvə deyil, həm də qocalma mexanizmlərinə təsir göstərə bilən perspektivli maddələr mənbəyidir. Qaragilənin bioaktiv birləşmələri təkcə oksidləşmə ilə deyil, orqanizmi köhnəldən başqa bir amil olan xroniki iltihabla da mübarizə aparır.
Giləmeyvənin yarpaqlarında fenollar daha çoxdur
Alimlər üçün gözlənilməz, lakin fitoterapiyada çoxdan məlum olan məqam qaragilə yarpaqlarının yüksək potensialıdır.
 

Analizlər göstərib ki, bəzi fenol birləşmələrinin konsentrasiyası yarpaqlarda hətta giləmeyvələrdən də çox ola bilər. Bu birləşmələr güclü antioksidant, iltihabəleyhinə və metabolik təsir göstərir və onları son dərəcə perspektivli tədqiqat obyekti edir.


Ancaq alimlər xəbərdarlıq edirlər ki, yarpaqlar giləmeyvələrdən fərqli olaraq çoxlu taninlər (büzücü maddələr) ehtiva edir. Çox miqdarda qəbul edildikdə onlar mədənin selikli qişasını qıcıqlandıra və qida maddələrinin mənimsənilməsinə mənfi təsir göstərə bilər.
Qaragilənin görməyə təsiri
Koreyalı alimlərin araşdırması qaragilə ilə bağlı ənənəvi “gözlər üçün giləmeyvə” təsəvvürünü bir qədər dəyişir. Tərkibindəki A və C vitaminləri, şübhəsiz ki, torlu qişa və göz damarlarının sağlamlığı üçün faydalıdır. Lakin “görməni kəskin şəkildə yaxşılaşdırmaq” kimi möcüzəvi təsirinin elmi təsdiqi yoxdur. Üstəlik, əgər bu giləmeyvə görməni yaxşılaşdırırsa, bu ümumi görməyə deyil, daha çox alatoranlıq görmə qabiliyyətinə — zəif işıq şəraitində işıq qavrayışına aiddir.
 

Bundan əlavə, qaragilə mikroelementlərlə (kalium, maqnezium, dəmir, kalsium, fosfor) və vitaminlərlə (A, C, P, B qrupu) zəngin əsl xəzinədir. Xüsusilə rutin (vitamin P) və askorbin turşusunun (vitamin C) kombinasiyası damar divarlarını möhkəmləndirir, onların elastikliyini artırır və həssas dəridə kapilyarların kövrəkliyi nəticəsində yaranan damar torunun (kuperozun) azalmasına kömək edir.


Giləmeyvənin tərkibində həmçinin büzücü maddələr, fenol turşuları, karotin və pektinlər var. Bu kompleks sağlam həzmi dəstəkləyir və tədqiqatlara görə, yeni törəmələrin böyüməsini də zəiflədə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri